Bakıda daha bir intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 9-u, günorta saatlarında Yasamal rayonun “Sovetski” adlanan hissəsində yaşayan 1976-cı il təvəllüdlü Kəmalə Həsənova özünü öldürüb.
O, yaşadığı fərdi yaşayış evinin içərisində başına bağladığı örpəklə özünü tavandan asıb.
K.Həsənovanın psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.