Axtarış...

BNA-nın avtobusları axşam 10-dan sonra hara qeyb olur? - NARAZILIQ!

BNA-nın avtobusları axşam 10-dan sonra hara qeyb olur? - NARAZILIQ!


Bir neçə gün öncə gecə saatlarında jurnalist Aləmdə Nəsibin öz sosial şəbəkə hesabında ictimai nəqliyyatla bağlı narazılığını bildirən canlı yayım açıb və 204 nömrəli marşrut xəttinin fəaliyyətindən şikayətlənib. Saatın hələ 11 olmadığını qeyd nedən A.Nəsib sözügedən marşrut xəttinin olmadığını bildirib.

Bununla bağlı BNA-nın “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki səlahiyyətli şəxslərə dəfələrlə şikayətini bildirsə də reaksiya verilməyib. Həmçinin təkcə sözügedən marşurut xətti deyil, digərlərində də gecə saatlarında eyni hal müşahidə olunur. Bu halda axşam saat 11-dən sonra işdən çıxıb, evinə getmək istəyən insanlar çətin vəziyyətdə qalırlar.

Nəzərə alsaq ki, gecə saatlarında günəmuzd işləyənlər çoxdur, bu zaman günlük qazanc gərək ki taksi üçün verilsin. Hətta bəzi ərazilərdə axşam 8-9 olmadan avtobus tapmaq müşkül məsələyə çevrilir.

Bəs bu özbaşınalıq nə zaman həll olunacaq? Qayda ilə avtobusların xəttə olma saatı neçədir? Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında bildirib ki, sürücülürə gecə saatlarında işləmək sərf etmədiyindən bu hallar yaranır:

“Qaydaya görə, avtobuslar gecə saat 12-ə qədər işləməlidir. Amma son vaxtlar marşurut sürücüləri qiymətlərdən şikayət edirlər. Onlar iddia edir ki, bir sərnişinin daşınması 70-80 qəpiyə başa gəlir. Sözügedən halda sürücülər gecə seyrəklik yaranan kimi işləməkdən imtina edirlər. Buna görə də daşıyıcı şirkətlər qiymət artımı ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

Hazırda bütün sahələrdə çətinliklər var, amma heç kim işi yarımçıq qoyub, sərf etmir deyə işdən boyun qaçıra bilməz. Axşamlar müəyyən qədər intervalı, avtobusların sayını azaldıb, intervalı uzatmaq olar.

Bu, bütün dünyada qəbul olunmuş variantdır. Lakin birdən-birə yoxa çıxmaq düzgün deyil. Düşünürəm ki, BNA məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Daşıyıcı şirkətlərlə bu istiqamətdə danışıqlar apararaq qabaqlayıcı tədbirlər görülməlidir. Bu halda nə sərnişinlər yolda qalmalı, nə də daşıyıcı şirkətlər zərər görməlidir”, - deyə E.Muradlı bildirib.

Məsələylə bağlı BNA rəsmiləri isə cavab verməkdən uzaq qaçdılar. Agentliyin hazırkı qeyri-müəyyənlik durumu, deyəsən əməkdaşların da əlini işdən soyudub. Bütün hallarda onları da dinləməyə hazlırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz