Litva Türkiyədən "Bayraktar TB2" pilotsuz uçuş aparatları almağı planlaşdırır.
Bu barədə Litvanın müdafiə naziri Arvydas Anuşauskas məlumat verib.
O qeyd edib ki, Litva Ukrayna müharibəsindən dərs götürərək ordusunu modernləşdirəcək.
“PUA-ların alınması planlarımız sırasındadır. Hələlik bu planlar barədə ətraflı danışmaq istəmirəm”, - deyə nazir bildirib.