Axtarış...

Arzu Rəhimov kadrından XƏBƏRDARDIRMI? - İDDİA

Arzu Rəhimov kadrından XƏBƏRDARDIRMI? - İDDİA


Facebook istifadəçisi Seymur Ağayev öz profilində Masallı rayonun hərbi komissarının şəklini paylaşıb və haqqında ilginc iddialar paylaşıb. Gundelik-baku.com postu təqdim edir:
Vəli Rzayev, Masallı rayon hərbi komissarıdır!

Haqqında müxtəlif iddialar, şikayətlər olmasına baxmayaraq hələ də vəzifədədir və bu adam hələ də məsuliyyətə cəlb edilməyib!

Bu şikayətlərin əksəriyyəti də Türkiyədə təhsil alan, Masallı sakinlərindəndir.

Belə ki, tələbələr universitetdə təhsil aldığı ilə bağlı rəsmi sənədləri komissarlığa təqdim etsə də, Vəli Rzayev müxtəlif bəhanələrlə kağızları qəbul etmir!

Bütün bunlar isə, o necə deyərlər "dəvədə qulaqdır"

Fiziki problemli olan və hərbi xidmətə yararsız olan, yüzlərlə gənc, Vəli Rzayevin "uzaqgörənliyi" ucbatından məcburi şəkildə hərbi xidmətə aparılır.

Məsul şəxslərə sual vermək istəyirəm!

Bu qədərmi çətindir bu adama həddini bildirmək?

Yerli icra orqanları, Müdafiə Nazirliyi və.s hara baxırlar?

Bu və bənzər tip insanlar, əhalini dövlətdən və qanunun aliliyindən soyudur!

Dərhal Masallıda tədbirlər görülməlidir...

Hörmətlə, Seymur Ağayev
Paylaşılan postdan aydın olur ki, Masallının Hərbi komissarı Vəli Rzayev Masallı camaatını dövlətdən narazı salır. Vəli Rzayev barəsində tonlarla, qalaq-qalaq şikayətlər olmasına baxmayaraq ona gözün üstə qaşın var deyən yoxdur. Bu Vəli Rzayev barəsində mətbu orqanlarda dəfələrlə şikayət dərc edilib. Onlardan da birini təqdim edirik. Vəli Rzayevin bir gözü görməyən vətəndaşı sağlam adı ilə orduya göndərməsi barədə mediada çox yazılıb.
Görəsən bunu dövlət orqanları oxumur, görmürlər..?
Belə ki, Masallı rayon, Ərkivan qəsəbə sakini, Ağazadə Gündüz Çingiz oğlu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Hər kəsə məlumdur ki, hərbi xidmətə çağırılan qulluqçular, öncə tibbi müayinədən keçməli və əgər sağlamlıqlarında bir problem yoxdursa, hərbi xidmətə yararlı hesab olunmalıdırlar. Təəssüflər olsun ki, Gündüzün məsələsində hər şey əksinə olub. Belə ki, vətəndaş müayinədən keçdikdən sonra, onun sağ gözünün 0.01 % gördüyü məlum olmuşdur.
Gündüzün gözündəki problem sonradan olmayıb, anadangəlmədir. Yəni, bunun bir müalicəsi yoxdur!
İndi gördünüzmü, 1 faiz görməyəni orduya göndərirlər, amma yüzlərlə sağlam çağırışçı pulunu verib ordudan yayınır.
Təsəvvür edin ki, həkimlər özü də təsdiq edir ki, çağırışçının gözü 1 faiz görmür, amma rəsmi sənəd vermirlər, rüşvət istəyirlər.
Bu çağırışçı vaxtilə Rusiyanın ən nüfuzlu dövlət xəstəxanalarında müayinə olunub, əlində rəsmi sənədlər var, amma…
Əmması odur ki, Masallının “voyenkomu” Vəli Rzayev deyir ki, pulunu ver, təsdiq edim.
Hətta, Vəli Rzayev vətəndaşa deyir ki, get hara istəyirsən şikayət elə….
Eyni zamanda bu məsələ ilə bağlı vətəndaş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə naziri Zakir Həsənova dəfələrlə rəsmi müraciət etsə də hamısı cavabsız qalıb.
Vətəndaş tələb edir ki, bu işdə günahkar olan, vəzifəsini düzgün icra etməyən Masallı rayonu hərbi komissarı Vəli Rzayev və digər şəxslər cəzalandırılsın!
Bu şikayətdən də, Vəli Rzayevin hansı tip məmurlardan olduğu bəlli olur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov Masallının hərbi komissarı Vəli Rzayev barəsində bir tədbir qıla bilmir ?
Bu qədər qanunsuzluqla məşğul olan Vəli Rzayevi vəzifəsindən azad etmək məgər çətin işdir ? Olmaya Vəli Rzayev Həsənağanın qohumudur. Kiminsə qohumudur deyə camaatın boynuna çıxıb oturmalıdır ?
Belə məmurları vəzifədən azad etmək yox, HƏBS eləmək lazımdır ki, digər xalqı əzən yaramaz məmurlara görk olsun. Gundelik-baku.com olaraq Cənab Arzu Rəhimova müraciət edirik ki, Vəli Rzayev barəsində tədbir görülsün. Şikayətçilər bildirirlər ki, Vəli Rzayevin yeri komissar kreslosu yox, Kürdəxanı türməsidir. Onu orda qanunsuzluq edən keçmiş, dələduz komissarlar gözləyirlər. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz