Axtarış...

Tərtər Rayonu Borsunlu Kənd Tam Orta Məktəbinin Tarix Müəlliminin Diplomu Saxtadır? – ŞİKAYƏT

Tərtər Rayonu Borsunlu Kənd Tam Orta Məktəbinin Tarix Müəlliminin Diplomu Saxtadır? – ŞİKAYƏT


Xəbəral.az saytına şikayət ərizəsi ilə müraciət edən Tərtər rayon sakini Aslanov Samir Mayıl oğlu bildirib ki, Tərtər rayon Borsunlu kənd tam orta məktəbinin zavuçu, tarix müəllimi işləyən Aslanov Xəyyam Vidadi oğlunun diplomu saxtadır.
Tərtər Rayonu Borsunlu Kənd Tam Orta Məktəbinin Tarix Müəlliminin Diplomu Saxtadır? – ŞİKAYƏT

Belə ki, Tərtər rayonu Borsunlu kənd tam orta məktəbində tarix dərsini tədris edən, Aslanov Xəyyam Mingəçevir Politexnik İnstitutunu bitirmiş lakin sonradan müəllimlər İnstitutunun Gəncə filalının Yenidən hazırlanma fakultəsini bitirib, tarix ixtisasına yiyələnib.
Tərtər Rayonu Borsunlu Kənd Tam Orta Məktəbinin Tarix Müəlliminin Diplomu Saxtadır? – ŞİKAYƏT
Tərtər Rayonu Borsunlu Kənd Tam Orta Məktəbinin Tarix Müəlliminin Diplomu Saxtadır? – ŞİKAYƏT

Şikayətçi Samir Aslanov Xəbəral.az– a onuda bildirdi ki, çox xahiş edirəm, Tərtər rayon Borsunlu kəndinin uşaqları, tarix eliminə yiyələnə bilmir.Öz tariximizi unudurlar.Ona görə ki, müəllim Xəyyam Aslanovun Tarix dərsinin tədrisinə heç bir ixtiyarı çatmır. Şikayətçi Samir Aslanov onuda əlavə etdi ki, bu haqda dəfələrlə Tərtər rayon icra hakimiyyətinə, yerli təhsil şöbəsinə və Təhsil Nazirliyinə müraciət etsələr də, sözügedən məsələ öz həllini tapmayıb.

Samir Aslanovun saytımıza verdiyi məlumata görə, Qəhraman Tərtərin Borsunlu kənd sakinləri bu məsələ ilə bağlı Təhsil Nazirliyinin qarşısında aksiya etmək istəyirlər.

Xatırladaq ki, bir neçə il öncə, Təhsil Nazirliyinin Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialındaapardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilmişdir.

Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.

Azərbaycan təhsilinin inkişafa doğru getdiyi bir vaxtda, bu cür saxtakarlığa yol verilməsi həqiqətən elimimizi məhvə aparır.

İnanırıq ki, Xəbəral.az-ın bu yazısına Təhsil Nazirliyi aydınlıq gətirəcəkdir.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

Xəbəral.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz