Axtarış...

““Günay sığorta” çox kələkbaz şirkətdir” - GİLEY

““Günay sığorta” çox kələkbaz şirkətdir” - GİLEY


““Günay sığorta” çox kələkbaz şirkətdir. Şirkətdə sığortalı olan BMW mopedimi vurub. Mənə dəyən zərərin məbləği 1250 manatdır. Şirkət isə 100 manat hesablayır”.

millitv.az xəbər verir ki, bunu Meydan TV-yə “Günay Sığorta”dan şikayətçi olan Eldar İmanov deyir.

Bildirir ki, 2021-ci ilin iyunun 2-si, axşam saatlarında “Tufan” markalı M50 mopedi ilə Koroğlu Rəhimov küçəsindən üzü Gəncliyə doğru istiqamətdə hərəkət edərkən, qarşı yoldan BMW-3 markalı maşın yolun əks istiqamətindən dönərək, qoşa xətti tapdalayaraq qəza şəraiti törədib.

Nəticədə Eldar İmanovun dizi, həmçinin idarə etdiyi moped əzilib:

“Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları gəlib, qəzanın qarşı tərəfin tərətdiyi ilə bağlı akt tərtib etdilər. Qəza törədən şəxs “Günay Sığorta” vasitəsilə məsələni həll edəcəyini bildirdi və şirkətə zəng etdi. Şirkətin nümayəndəsi hadisə yerinə gəlib, hər iki nəqliyyat vasitəsinin şəklini çəkdi. Sonra da mənə dedi ki, mopedi aldığım servisdə qiymətləndirilməsini edib, daha sonra sığorta şirkətinə yaxınlaşım”.

Şikayətçi söyləyir ki, mopedi aldığı servis zədələnmiş hissələri 1250 manat dəyərində qiymətləndirib.

“Günay Sığorta” məbləğin şişirdildiyi qənaətindədir:

“Şirkətdən bildirdilər ki, hadisə yerində çəkilən fotoya əsasən, mənə dəyən ziyan 100 manatdır. Şirkət məni uzun müddət süründürməçiliyə saldı. Axırda məcbur olub, kustar üsulla mopedi təmir etdirdim. Çünki günəmuzd işləyən adam bir gün işə çıxmayanda evdəkilər acından qırılıb-batır. Üstəlik, mopedin aylıq krediti, həyat yoldaşımın qeysəriyyə əməliyyatı üçün pul lazım idi. Azərbaycanda bir gün işləməyəndə ac qalırsan”.

Eldar İmanov məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəlib:

“Dəfələrlə şirkətin əməkdaşına müraciətlərim cavabsız qaldığı üçün canım boğazıma yığılmışdı. Axırda bunları məhkəməyə verdim. Məhkəmədə şirkətin hüquqşünası dedi ki, qiymət şişirdilib. Mən də deyirəm ki, şişirdilibsə, gəlib, mopedə baxın. Məhkəmənin son qərarı budur ki, müstəqil ekspertiza təyin olunub, mopedə baxış keçirilməlidir. Hələ ki, gözləyirəm”.

“Günay Sığorta”dan Meydan TV-yə bildirilib ki, zərər məbləği ilə bağlı fikir ayrılığı yarandığı üçün vətəndaş Səbail Rayon Məhkəməsinə müraciət edib.

“Hazırda iş məhkəmə baxışındadır. Məhkəmənin qərarına müvafiq olaraq şirkət sığorta ödənişini həyata keçirəcək”, – “Günay Sığorta”dan bildirilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz