Axtarış...

Baş nazir DTX-yə əlavə səlahiyyət verdi - QƏRAR

Baş nazir DTX-yə əlavə səlahiyyət verdi - QƏRAR



Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiq edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, onun madditexniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin sosial müdafiəsi və kadr qeydiyyatının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilməlidir.

İşçi qrupu üçün 1 (bir) xidməti minik avtomobili nəzərdə tutulur. Maliyyə Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz