Axtarış...

Büdcədən maliyyələşən qurumların sayı artırıldı - Əli Əsədovdan QƏRAR

Büdcədən maliyyələşən qurumların sayı artırıldı - Əli Əsədovdan QƏRAR

Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırılıb.

Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu da büdcədən maliyyələşən qurumlar siyahısına daxil edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz