ABŞ-ın Türkiyəyə F-16 qırıcılarının tədarükü məsələsi Vaşinqtonun Ankaranı yenidən öz təsir dairəsinə salmaq cəhdindən xəbər verir.
Bu barədə rusiyalı ekspert Oleq Faliçev deyib.
“Nəzəri olaraq bu təyyarələr Türkiyədən Ukrayna, yaxud Polşaya göndərilə bilər. ABŞ çox güman ki, bu məsələyə Türkiyəni daxil etmək istəyir. Lakin Ankara Rusiya və Ukrayna arasında müzakirə platforması rolunu oynayır. Rəcəb Tayyib Ərdoğan müstəqil xarici siyarət yürüdür. Əlbəttə, o, Türkiyənin mənafeyinə uyğun olanı edəcək. Bu səbəbdən Türkiyə ABŞ qırıcılarının Ukraynaya transferi prosesinə qatılmayacaq”, - deyə ekspert bildirib.