Respublikamızda qəsəbə və kənd əraziləri də daxil olmaqla, yolların asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi və əsaslı təmiri üzrə layihələr uğurla həyata keçirilir. Bu kimi layihələrin reallaşdırılması məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulanlardan əlavə, Respublika Prezidentinin ehtiyat fondundan da kifayət qədər vəsaitlər ayrılır. Məlum olduğu kimi il ərzində respublika ərazisində müxtəlif təyinatlı yolların yenidən qurulması, təmiri və bərpası məqsədi ilə sözügedən agentliyə kifayət qədər vəsaitlər ayrılır. Amma burada şəffaflığın təmin olunması, ayrılan vəsaitlərin məqsədli, təyinatı üzrə xərclənməsi barədə şübhəli məqamların olduğu barədə dövri mətbuatda çoxsaylı yazılar dərc olunub.Odur ki,AAYDA-nin tabeçiliyində olan Qazax rayon rayon 27 saylı Yol İstismar İdarəsi MMC-nin fəaliyyəti barədə cumhuriyyet.az-a daxil olan bir sıra məlumatları Saleh Məmmədovun diqqətinə çatdırmaq istərdik.
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu avtomobil yoludur. Yolun Yenigün-Xətai-Qaçaq Kərəm ərazisinə düşən hissəsində elə yerlər var ki, minik avtomobillərinin hərəkəti az qala mümkünsüz olub. Yolun təmir olunandan qısa müddət sonra bərbad vəziyyətə düşməsi bu yoldan istifadə edən minlərlə insanın narahatlığına səbəb olub. Bəs yolların təmir ediləndən qısa müddət sonra bərbad hala düşməsi ilə bağlı niyə araşdırma aparılmır, problem həll olunmur? Hazırda Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturu kompleks şəkildə yenidən qurulur. Sözügedən yol tikintisini isə 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev tərəfindən aparılır. Bu yolun da çəkilişində şox sayda qüsurlar var. Hər bir yol çəkiləndən və ya təmir ediləndən sonra açılışınadək ona müvafiq dövlət qurumları tərəfindən baxış keçirilir və rəy verilir. Ola bilməz ki, yol çəkilsin və yoxlama, baxış keçirilmədən birbaşa açılış olsun. Müvafiq komissiya ora baxıb rəy verməlidir. Yol yatağının dözümlülüyü, asfaltın qalınlığı da bu zaman mütləq nəzərə alınır və rəy verilir. Bizə sadəcə seyr etmək qalır, əgər həqiqətən yol keyfiyyətsiz çəkilsə, ayrılan məbləğ düzgün xərclənməyibsə, araşdırma aparılıb tədbir görüləcək.
Yol tikintisində baş verən maliyyə pozuntularının nəticəsidir ki, Kərəm Məmmədrzayevin idarəçiliyində olan “Palıd”restaranı və dəyəri 1 milyondan çox olan villası meydana çıxıb.
K. Məmmədrzayevlə bağlı daha bir fakt da diqqət çəkir. Ağstafa çay hövzəsində 5 hektarlıq meşəlik sahə Bakı şəhər sakini olan həyat yoldaşı Məmmədrzayeva Fiqura Vahid qızının icarəsinə verilib.Ətraf mühütin monitorinqi və Ekoloji Maarifləndirmə sektorundan cumhuriyyet.az-a daxil olan məlumata görə Bakı şəhər sakini Məmmədrzayev Fiqura Vahid qızının icarəsində olan 5,0 ha su fondu torpaqlarının təxminən 1,5 ha hissəsində yerləşən diametiri 32-36 sm-dən 4(dörd) ədəd söyüd ,28 sm-dən 3 (üç) ədəd qovaq,12-14 sm-dən 5 (beş) ədəd söyüd və 2 (iki) ədəd qovaq ağaclarının maşın mexanizimlə kökündən çıxarılaraq ,məhv edildiyi və “27 saylı Yol İstismarı” MMC-ə məxsus 99-KX-248 dövlət nişanlı , “Mesedes” markalı naməlum isdiqamətə daşındığı həmçinin ərazidə torpaq hamarlama işləri aparılan zaman diametirləri 12,16,32 sm-dən umumilikdə 3 (üç) ədəd söyüd ağaclarının zədələndiyi müəyyən olunmuşdur . Yaşıllıqların məhv edilməsi və zədələnməsi nəticəsində təbiətə (yaşıllığa )3200,00 (üç min iki yüz )manat məbləğində dəymiş ziyan hesablanmışdır. Yol verilmiş qanun pozuntusu ilə əlaqədar təksirkar şəxslərin müəyyən edilməsi və qanuna müvafiq tədbir görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyatı üzrə Qazax rayon Prokrorluğuna göndərilmişdir. Redaksiyamıza daxil olan məlumatlarda isə bildirirlir ki, Kərəm Məmmədrzayev soy adını bilmədiyimiz Bilal adlı bir qohumunu dilə tutaraq ,meşədə qırılan ağacları boynuna almasını xahiş etmişdir.
K.Məmmədrzayevin fəaliyyətində daha bir qaranlıq məqam isə onun Əmlak Komiyəsində işləyərkən sabiq səhiyyə naziri Əli İnsanovun özəlləşdirmə prosesində iştirakıdır. Bu haqda növbəti yazımızda
Cumhuriyyet.net