Axtarış...

Sabirabadda MƏMUR HOQQABAZLIĞI... - İTTİHAM

Sabirabadda MƏMUR HOQQABAZLIĞI... - İTTİHAM
Hər iki müsabiqənin qalibi “Muğan Meliorativ” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 04.10.2021-ci il tarixdə bağlanmış birinci müqaviləyə görə “Muğan Meliorativ” MMC Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Qalaqayın Kənd ərazi Vahidliyi Üzrə Nümayəndəliyinin sifarişi əsasında kənddaxili yolların əsaslı təmirini həyata keçirəcək və qarşılığında 18622 manat alacaq.
10.11.2021-ci il tarixli ikinci müqaviləyə görə isə “Muğan Meliorativ” Məhdud Məsuliyyətli Cəmiyyəti Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Qalaqayın Kənd ərazi Vahidliyi Üzrə Nümayəndəliyinin sifarişi əsasında sahənin mexanizmlə hamarlanması işini həyata keçirəcək və qarşılığında yenidən 18622 manat alacaq.
Maraqlıdır ki, hər iki lot üzrə müsabiqənin qalibi olan “Muğan Meliorativ” MMC ilə bağlı heç bir məlumat əldə etmək mümkün deyil. Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Qalaqayın Kənd ərazi Vahidliyi Üzrə Nümayəndəliyinin bu qədər dövlət vəsaitini etibar etdiyi şirkətlə bağlı internet üzrindən də hansısa bilgi almaq cəhdlərimiz nəticəsiz oldu. “Muğan Meliorativ” MMC-nin nəinki saytına, heç bir əlaqə kordinatına rast gəlmək mümkün deyil(?)
Bu arada diqqəti çəkən daha bir faktor Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Qalaqayın Kənd ərazi Vahidliyi Üzrə Nümayəndəliyinin kənddaxili yolların əsaslı təmiri ilə bağlı iki lot üzrə müsabiqə elan etməsidir... Kənddaxili yolların əsaslı təmirində hamarlanmadan ötrü əlavə müsabiqə nə dərəcədə anlaşılandır? Yolların əsaslı təmiri nə, hamarlanması nədir? Həm də hər iki iş üçün ayrılan vəsaitin məbləği də eyni-18622 manat(?)
Bu hələ harasıdır, əldə etdiyimiz məlumata görə əslində Qalaqayın kəndinin yolları xeyli vaxtdır ki, təmir olunub. Sadəcə tərəflər arasında müaqvilə sonralar bağlanıb(?) Amma, cavablandırılası suallar bununla da bitmir. Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Qalaqayın Kənd ərazi Vahidliyi Üzrə Nümayəndəsi cənab İsrafil Aslanova online sorğu ünvanlamışıq. Təəssüf ki, sorğumuzdan bir aydan çox vaxt keçməsinə baxmayaraq hələ də cavab yoxdur.
***
“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”
Bu sözləri isə cənab prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib.
Mövzunun davamı olacaq. //Yenixeber.org//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz