Axtarış...

Qubanın icra başçısının XARİCDƏKİ BİZNESİ - İLGİNC FAKT

Qubanın icra başçısının XARİCDƏKİ BİZNESİ - İLGİNC FAKT

Tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənlinin "hədəfində" adı kifayət qədər qalmaqallarda hallanan Qubanın icra başçısı Ziyəddin Əliyevdir. DİA.AZ C. Həsənlinin növbəti araşdırmasını təqdim edir:

"Qubanın məşhur icra başçısı Ziyəddin Əliyevin ölkə xarıcində (Çexiya, Avstriya və Ukrayna) milyonlar yatırdığı şəxsi biznesi haqqında qalaq-qalaq sənədlərlə yazmışıq. Təkcə Ukraynadakı asfaltzavoda 7 milyon avro yatırdığını bilməyən yoxdur. Onun indiyədək Ukraynada 6, ümumən xaricdə 8 şirkətinin olduğu məlum idi.
Ziyəddin Əliyev Ukraynada müharibədən bir qədər qabaq, müharibə hazırlıqlarının getdiyi vaxtlarda daha bir şirkət açıb. Adamın nə müharibə qorxusu, nə vəzifə hürküsü var. Ukraynada sayca 7-ci olan RANZ LLC (ТОВ РАНЗ) ötən il iyulun 17-də Lvov vilayətinin Mikolayev rayonu Qruşevsk prospekti 1A/14 ünvanında hüquqi qeydiyyata alınıb. İcra başçısının Lvov vilayəti, Pustomitivsk rayonu Zimna Voda kəndi, Opilskoqo küçəsində müvəqqəti qeydiyyatda olan oğlu Nicat Əlibəyli ötən ilin dekabrında şirkətin benefisiarı qismində təsdiq olunub. Şirkətin nizamnamə kapitalı 10 483 200 qrivna (müharibədən əvvəlki kursla 400.000 dollara yaxın) təşkil edir.
Bəs Ziyəddin müəllimin yeni şirkəti Ukraynada nə ilə məşğuldur? Reyestr məlumatlarına görə RANZ LLC tikinti texnikası və avadanlıqlarının kirayə və lizinqi ilə məşğuldur.
"RANZ" - Rəşad and Nicat Ziyəddin (oğulları)nın abbreviaturasıdır.
Yeri gəlmişkən, bu martın 16-da RANZ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 10 manat nizamnamə kapitalı , BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 44, m. 4 ünvanında da qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi XAQANİ ABBASƏLİYEV ƏLİ OĞLU adlı şəxsdir. Hələ ötən ilin aprelində eyni şəxsin qanuni təmsilçiliyi ilə icra başçısının özünün və ailə üzvlərinin qeydiyyatda olduğu ünvanda (BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI ev.7 m.45.) Ziyəddin Əliyevin Ukraynadakı "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI qeydiyyata alınıb.
Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin yenilənmiş siyahısı:
1. ALOV ASFALT ZAVODU
2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ
3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.
7. RANZ LLC"
Qubanın icra başçısının XARİCDƏKİ BİZNESİ - İLGİNC FAKT
Qubanın icra başçısının XARİCDƏKİ BİZNESİ - İLGİNC FAKT


Məqalə ilə bağlı qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz