Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin bütün həyatı 3 sözlə bağlıdır:
YOL...TƏMİR...TİKİNTİ...
Bəli, bu adam həyatı boyu dövlət müəssisələrində, daha dəqiq desək 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarəsinin rəisi, 2001-2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Yəni biznes, sahibkarlıq fəaliyyəti ilə deyil, konkret olaraq dövlət müəssisəsində çalışıb və konkret məbləğdə əmək haqqı alıb.
Bəs onda görəsən, Ziyəddin Əliyev Avropanı fəth edən biznes şəbəkəsini hansı milyonların hesabına yaradıb?
Sualın cavabı birmənalı olaraq belədir:
Yol tikintisi, təmiri adı altında dövlətdən oğurladığı milyonların hesabına.
2017-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısı işləyən Ziyəddin Əliyevlə bağlı ''Gündəlik Bakı'' ya önəmli məlumatlar daxil olub.
Daxil olan məlumata görə, icra başçısı hazırda özü və ailə üzvləri Almaniyada istirahət edirlər. Ancaq ölkəyə qayıdan kimi aeroportda cənab icra başçısını sürpriz gözləyir.
Belə ki, Qubada az təminatlı ailələr üçün dövlət tərəfindən verilən 200 kartın məsələsi ciddi araşdırılıb. Və kartların kimin cibində olması bəlli olub.
Söhbət hər ay az təminatlı ailələrə verilən 260 manatdan gedir. İcra başçılarının bir çoxu ayda təxminən 50 min manat olan ( 200 x 260 = 52.000 ) məbləğə də tamah salırlar.
Ümumiyyətlə, söhbət təkcə bu kartlardan getmir. Quba rayonundakı durum, korrupsiya halları ciddi araşdırılır.
Məlumat üçün bildirək ki, Qubada 31 icra nümayəndəliyi – icra başçısının inzibati ərazi dairəsi və 34 bələdiyyə fəaliyyət göstərir.
Rayonla bağı araşdırmalar zamanı icra nümayəndələri və bələdiyyə sədrləri “etirafda bulunublar”.
İcra başçısının müavinlərindən bir - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Abasova Səidə Məhmədalı qızı Dağıstanda oxuyub, yəni ali təhsil diplomunu Dağıstandan alıb.
İcra başçısının sağ əli sayılan Quba şəhər bələdiyyəsinin sədri Humayə Məmmədova isə əvvəllr xalçaçı işləyib.
Görəsən, Humayə Məmmədova kimlərin səsi ilə şəhər bələdiyyəsinin sədri seçilib ?
Həm də axı, xalçaçı hara, bələdiyyə sədri hara ?
Quba ilə bağlı digər maraqlı məlumatlar da redaksiyamıza daxil olub.
İcra başçısının digər müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ruslan Şahbalayev İcra aparatının işçilərini təpədən-dırnağa yoxlayandan sonra başçının iclasına buraxır.
Görəsən, icra başçısı öz işçilərindən niyə bu qədər ehtiyat edir, qorxur ki, telefonla-zadla səsini yazarlar, çəkiliş olar?
Deyəsən Ziyəddin Əliyev “gözü çıxan qardaşlarından” – həbsdə olan icra başçılarından nəticə çıxardıb.
İcra başçısının rayonda güvəndiyi şəxslərdən biri də Quba rayon “5 saylı Yol istismarı” MMC-nin rəisi Gülağa Əliyevdir.
“Taleh- At” şirkəti hansı maxinasiyaları edir. Vergidən nə qədər yayınır ?
Bütün bunlar geniş bir araşdırma yazısının mövzusudur.
Bizi izləyin. //gundelik-baku.com//