Axtarış...

Qubanın dizi necə bükülür... - İTTİHAM

Qubanın dizi necə bükülür... - İTTİHAM

Daimi izləyicilər məlumatlıdırlar ki, Quba rayonu icra hakimiyyəti ilə bağlı apardığım geniş araşdırmaların nəticələrini mütəmadi olaraq paylaşıram. Bu sayca ikinci buraxılış olacaq.

Yadınızdadırsa, ilk buraxılışda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin öz şəxsi maraqları və mənafeyinə görə, dövlət qulluğunda çalışan yerli sakinləri necə şərlə, böhtanla, öz iştahına qurban verməsini danışdım.

Konkret olaraq, bildirdim ki, təkcə Haput kəndində - yaylaq davasında iki nəfəri öz tamahına qurban verib.

İndi isə keçək mənim anonsunu etdiyim kart məsələsinə.

Daimi izləyicilərə məlumdur ki, bir müddət öncə mən, elan etdim ki, Quba icra hakimiyyəti ilə bağlı 200 kart məsələsini açıqlayacam.
Məsələ ondan ibarətdir ki, əslində bu kartların sayı 200 deyil, dəfələrlə çoxdur.

Sadəcə olaraq, mən ilkin olaraq Quba rayonu icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin cəmisi 4 idarədən mənimsədiyi 200 kartdan danışacağam. Belə kartların başqa hansı idarələrdən, hansı şəxslərin əli ilə mənimsənildiyi barədə təbii ki, növbəti buraxılışlarda ətraflı məlumat verəcəyəm.
Bu gün isə, hələlik cəmisi 4 idarədən –

Quba Məişət Tullantılarının Zərərsizləşdirilməsi Xidməti,

Mənzil-İstismar İdarəsi,

Quba Zərdabi Abadlıq və Təmizlik Birliyi,

Quba Təmizlik Sanitariya və Abadlıq Birliyində özlərinin xəbəri olmadan işə qəbul olunub, sonradan dırnaqiçərisində öz xahişləri ilə işdən azad olunan kasıb, imkansız, ehtiyacı olsa belə, səsi çıxmayan 200 nəfər qubalıdan, başqa sözlə desəm, 200 nəfər zərərçəkəndən danışacağam. Bəli, zərərçəkən...
Çünki, adamların özünün xəbəri olmadan, adları işdə olub, adlarına hər ay dövlət tərəfindən 250 manat maaş ödənilib, bu adamların isə olanlardan xəbəri yox...
Bəli dostlar, ölkə başçısının da elan etdiyi bu 40 mindən, 2019-cu ildə Qubanın payına 525 nəfər düşür.

Anlayacağınız, rayona ümumilikdə 525 nəfərlik kvota ayrılır.

İcrabaşı Ziyəddin Əliyev də icra nümayəndələrini toplayaraq, onlara belə bir tapşırıq verir ki, hər kəs öz ərazisindən səsi çıxmayacaq, dili-ağzı olmayan, məlumatsız, fağır adamlardan bir neçəsinin şəxsiyyət vəsiqəsini götürsün.

Belə də edirlər.

İcra nümayəndələri də, padişahım çox yaşa deyərək, ümumilikdə 200 sakit, fağır adamın şəxsiyyət vəsiqəsini gətirib, Ziyəddin Əliyevə təhvil verirlər. Beləliklə 200 nəfər guya işə götürülür və kartlarını bu kişik padşah alıb qoyur cibinə...

Fevral, mart, aprel aylarında bu 200 nəfərin hərəsinin kart hesabına dövlətin ödədiyi 250 manat pul, qəpiyinə qədər Ziyəddin Əliyevin dolmayan cibinə, ordan da doymayan qarnına axır.

Bu pulları kartlardan icra hakimiyyətinin işçilər Faiq Şəfiyev və Komendant Pərviz adlı şəxs çıxarır. Bu adamlar çıxardıqları pulları gətirib Ziyəddin Əliyevin birinci müavini Allahverdi Xudaverdiyevə təhvil verirlər.

Allahverdi Xudaverdiyev də həmin pulları qəpiyinə qədər dəstə başçısına, üzr istəyirəm, icra başçısına təhvil verir.

Həəə, onu da qeyd edim ki, bu oğurlanan məbləğdən, Qubada, Olimpia Kompleksinin arxasında yerləşən, hazırda respublikada böyük bir vəzifənin sahibi olan məmurumuzun evinin işıq puluna xərclənir.

Bir qədəri isə, tula payı olaraq, bölgədə fəaliyyət göstərən bəzi jurnalistlərə sərf olunur ki, durmadan mediada Ziyyədin Əliyevin təkcə Quba üçün deyil, ölkə üçün böyük bir sərvət olduğunu təbliğ etsinlər, rayondan olan şikayətləri də ictimailəşməyə qoymasınlar.

Yerdə qalan pullar isə, qəpiyinə qədər çatır Ziyəddin Əliyevə...

Ziyəddin Əliyev təbii ki, adəti üzrə, yenə də sudan quru çıxmaq üçün Allahverdi Xudaverdiyevi, bir qədər sonra da Faiz Şəfiyevi işdən çıxarır.

Hazırda məndə olan dəqiq məlumata görə, artıq Korrupsiya İdarəsində fakt üzrə araşdırmalar aparılıb və iştirakçılar hər biri, həmin kartlardakı məbləğlərin məhz dəstəbaşçısı Ziyəddin Əliyevə çatdığını yazılı olaraq izahatlarında bildiriblər.
İndi isə, sizə həmin kart sahiblərinin şəxsiyyətlərinin kim olduğunu elan edim.
Siyahı gedir...
Bəli dostlar, siyahıda adı olan hər bir nəfər öz təşəbbüsü ilə maraqlanıb, sorğu verə bilər.

Bu zaman məlum olar ki, onlar nə vaxt işə girib, nə vaxt işdən çıxıb, onların kartları hansı bankdan və kimə təhvil verilib, ümumilkdə dövlət onlara bu aylar ərzində nə qədər maaş verib və bu pullar hansı bankomatdan, kimin vasitəsilə çıxarılıb.

Cəmil Məmmədli

Teref.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz