Axtarış...

Azərbaycanlı deputat və məmurların Ukraynadakı varidatı TƏHLÜKƏDƏ - KİMİN NƏYİ VAR...

Azərbaycanlı deputat və məmurların Ukraynadakı varidatı TƏHLÜKƏDƏ - KİMİN NƏYİ VAR...

Ukraynada biznesi olan azərbaycanlı məmurların obyektləri təhlükədədir. TİA.Az-ın xəbərinə görə, onlardan biri deputat Anar Məmmədovdur. Onun Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü binası var. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir. Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib.

Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə, şirkətin nizamnamə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan Məmmədov Anar İlyaz oğluna məxsusdur.
Ölkəyə idxal olunan və Ukraynada istehsal edilən xarici siqaretlərin Azərbaycana gətirilməsini isə deputat Cavanşir Feyziyevin rəhbəri olduğu şirkətlərdən biri həyata keçirir.
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ukraynada özünə biznes imperiyası qurub. Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açan icra başçısı, bu biznesin qurulmasına 9 milyon dollar vəsait xərcləyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin də bu ölkədə biznesi olduğu deyilir.

Sabiq vergilər naziri Fazil Məmmədovun isə Kiyevdə 5 ulduzlu oteli, siqaret, təkər zavodu və böyük bazarı olduğu bildirilir.

Otel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur.

AzTV-nin keçmiş rəhbəri Arif Alışovun da Ukraynada restoran və ticarət obyektlərinin olması barədə xəbərlər var.
Hazırda Ukraynada gedən müharibə, yaranmış qeyri-müəyyənlik onların biznesinə də təsirsiz ötüşməyib. Bildirilir ki, azərbaycanlı məmurlar bizneslərinin aqibətini düşünürlər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz