“Tərəqqi” texniki-humanitar liseyi deyəndə hamının ağlına sabiq nəqliyyat naziri Ziya Məmmədov gəlir. Niyə?
Niyəsini deyək.
Deməli, “Tərəqqi” texniki-humanitar liseyin direktoru uzun müddət sabiq nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova olub.
Liseylə bağlı qısa məlumat üçün qeyd edək ki, məktəb 1924-1925-ci ildə 66 №li ümumtəhsil orta məktəbi kimi fəaliyyət göstərib.
1993-1994-cü tədris ilindən məktəbə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş İ.Hacıyevin adı verilmişdir.
1999-2002-ci illərdə ingilis dili təmayüllü orta məktəb kimi fəaliyyətdə olmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirinin 7 avqust 2003-cü il tarixli 758№li əmri və Ədliyyə Nazirinin 21 avqust 2003-cü il 0103-P26-38281№li qeydi ilə 66№li məktəb ingilis dilini öyrədən texniki-humanitar yönümlü məktəb-lisey olaraq qeydiyyatdan keçmişdir.
2006-2007-ci ildən etibarən Təhsil Nazirinin 28.12.2006-cı il tarixli 897№li əmri və Ədliyyə Nazirinin 14.04.2006-cı il tarixli 1106-A2 445 №li qeydiyyatından keçmiş və bu gün Təhsil Nazirliyinin tabeliyində “Tərəqqi” texniki-humanitar liseyi kimi fəaliyyət göstərir.
Liseydə təmayül siniflər aşağıdakı qaydada formalaşdırıb:
10A – texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü
11a – riyaziyyat- iqtisadiyyat təmayüllü
İndi isə keçək əsas məsələyə.
Məlumat üçün qeyd edək ki, sabiq nazirin bacısının pedaqoji fəaliyyəti ilə bağlı mətbuatda çoxlu neqativ informasiyalar yayılıb. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılıb. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi Bakı Tikiş Evi tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlərin olduğu göstərilirdi.
Təsəvvür edirsiniz bu boyda cinayət əməllərindən sonra...
Məhbubə Məmmədova vəzifəsindən uzaqlaşdırılır və...
Daha böyük vəzifəyə təyin edilir.
Bəli, sabiq nazirin bacısı Məhbubə Məmmədova liseyin direktoru vəzifəsindən azad edilərək Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilir.
Dünyanın heç bir yerində belə əcaib olay ola bilməz.
Bu adamı rüşvət və korrupsiyaya görə işdən çıxardırlar və ölkə üçün müəllimlər hazırlayan kollecə müavin təyin edirlər.
Bax, təhsilimizin vəziyyəti belədir.
Onu da qeyd edək ki, Ziya Məmmədovun bacısının Pedoqoji Kollecə direktor təyin olunmasında Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın “xidməti” olub.
Bəli, Məhbubə Məmmədova, PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə, Dövlət İmtahan Mərkəsinin sədri Məleykə Abbaszadə və BSU-nun sabiq rektoru Nurlana Əliyeva yaxın rəfiqələr olublar.
Bəli, Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova vəzifəısindən azad edildikdən sonra kollektiv düşünürdü ki, təhsil ocağına normal kadr təyin olunacaq. Amma...
Əmması odur ki, nazirin əmri ilə 66 saylı "Tərəqqi" liseyinə direktor təyin olunan Nasim Abışov bütün ümidləri puç elədi və daha çox neqativ əməlləri ilə mediada adı hallandırıldı.
Belə ki, Nasim Abışovun adı yerlərin satılmasında hallandırılır.
Bəli, konkret şəxslərin müraciətindən bəlli olur ki, Bakıda övladını birinci sinifdə oxutmaq üçün yaradılan elektron sistemdən qeydiyyatdan keçirmək istəyən valideynlər Nasim Abışovun yaratdığı problemlə üzləşiblər.
Valideyin qeyd edir ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada qeydiyyatdan keçirmək istəsə də, sistemdə müəyyən texniki problemlərin olduğu əsas gətirilərək müraciətin daha sonra edilməsi məsləhət görülüb.
Valideyn yazır ki, övladı Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi üçün iki imtahanı uğurla keçib və müəllim seçimi etmək istəyib:
“Müəllim seçimi üçün səhər saat 10:00-dan gözləmədə idim. Deməli, saat 10:40-dan sayt “Profilaktik tədbirlər” adı ilə bağlandı. Saat 11:02-də sayt aktiv oldu, saat 11:03-də sayta daxil ola bildim. Lakin seçmək istədiyimiz müəllimin sinfi artıq dolmuşdu. Yerlərin satılması istisna edilmir.
Bəli, liseylə bağlı valideynlərin dediklərindən bəlli olur ki, Tərəqqi liseyində hər şeyi rüşvət həll edir.
Valideynlər hətta Təhsil Nazirliyini məhkəməyə vermək dərəcəsinə qədər çatıblar.
Deməli, Ziyanın bacısı Məhbubəni çıxarıb yerinə kiminsə...qohumu Nasim Abışovu təyin etməklə problem həll olunmur.
Sonda onu da qeyd edək ki, Nasim Abışov öz müsahibəsində qara qızıldan, insan kapitalından o qədər danışır ki...
Şagirdlərdən rüşvət alan adamın insan kapitalından danışması...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//