Axtarış...

İlham Əliyev NATO Baş katibi ilə mətbuat konfransında sülh mesajı verdi

İlham Əliyev NATO Baş katibi ilə mətbuat konfransında sülh mesajı verdi

“Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, Azərbaycan NATO üzvü olan Türkiyə ilə aktiv şəkildə 2021-ci il ərzində yeddi birgə hərbi təlim keçirib”.

Bunu Prezident İlham Əliyev Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bu təlimlər sülhün və təhlükəsizliyin təminatına yönəlib.

Prezidentin sözlərinə görə, NATO baş katibi ilə görüşdə Cənubi Qafqazdakı postmünaqişə dövrü müzakirə edilib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan sülhü təmin edir.

“Azərbaycan çalışır ki, regionda hər hansı yeni müharibə riski, ehtimalı minimallaşsın”, - deyə Prezident bildirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz