Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 914 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza vaksin vurduranların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 362 nəfərdir.