Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 818, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1815, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 119, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 800 nəfərdir.