Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Xatırladaq ki, 01 Mart 2022-ci il tarixində 832 yoluxma faktı və 21 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 853 vaksin vurulub.Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 948, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 800, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28 376, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 729 nəfərdir.