MilliTV.az
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə məxsus Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi (Magistral kanalın sutullayıcısının tikintisi) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Muğansutikinti" MMC-nin Qaragüney Tikinti Filialıdır.
Qalib şirkətə 4 853,6 min manat ödəniləcək.