Mirzəağa MəmmədliNovruz bayramının mənşəyi qədimdir. İslam dini Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarını, adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.Yenə də və ən əsası da Həzrəti İmam Əli (ə) –nin taxta çıxdığı vaxtı biz Novruz bayramı kimi qeyd edirik. Xalqların əksəriyyəti Bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.Novruz fars sözü olub, “yeni gün” deməkdir. Novruz Azərbaycan, İran, Turan torpağında insanın yeni həyata başladığı təzə gün hesab edilir. Bir çox müsəlman xalqlarının yaz mərasimləri Novruzdan xeyli fərqlənir. Onlar çərşənbələri bayram etmirlər.Çərşənbələr yalnız Azərbaycan Respublikasında və İranda qeyd edilir. Xüsusən ilaxır çərşənbə hər iki ölkədə təntənə ilə qeyd olunur. Dünya poeziyasının tanınmış simalarından biri olan İranın və Azərbaycanın məşhur şairi Şəhriyarın “Heydərbabaya salam” poemasında bunun bir daha şahidioluruq.
Çərşənbənin girdəkanı, möüzu,
Qızlar deyər: atıl-matıl çərşənbə
Ayna təkin bəxtim açıl çərşənbəNOVRUZ İRAN VƏ AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QƏDİM VƏ ƏBƏDİYAŞAR RƏMZİDİRAzərbaycan Respublikasında adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlişini, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycanda və İranda süfrədə fərqli səməni olur. Bu səməni ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Azərbaycanın əksər bölgələrində səməni buğdadan olur. Səməni ilk çərşənbə axşamına yaxın göyərdilir. Səməni fars sözü olub, “toxum” deməkdir.Toxum sözü bir çox xalqların dilində, azərbaycan dilində eyni mənanı verir.Novruzun atributları İran və Azərbaycanda olduğu kimidir. Odun, atəşin yaradılması ilə 7 ünsürdən ibarət olan dünyanın yaranışının başa çatması və buna görə də tarixin ilk günü sayılan Novruzla bağlı keçirilən mərasimdə İran və Azərbaycan xalqları tərəfindən əsasən uyğun şəkildə keçirilir. Bayram qabağı evlər təmizlənir, təzəpaltarlar alınır, səməni hazırlanır, yumurta boyadılır, çərşənbə günləri qeyd edilir və s. Bayram qabağı hazırlanan mühüm rəmzi əşyalardan biri də səmənidir. Axır çərşənbə günü ilə müqayisədə Novruz günləri çox sakit və təmkinli bir şəraitdə keçir. Bu hal İranın bir çox bölgələrində, həmçinin Azərbaycan Respublikasında da özünü göstərir. Novruz bayramından bir gün əvvəl bir çoxları qohum-əqrəbasının qəbri üstə gedib fatehə oxuyurlar. İslam dünyasında, müsəlman aləmində Novruz bayramının gəlişi el-obanın hiss və həyəcanı heç bir əsərdə Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasındakı kimi sadə, təsirli, kövrək və ürəyəyatan alınmayıb. Böyük Şəhriyarın Novruzla bağlı uşaqlıq xatirələri sanki bir ana laylasıdır.
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər.Hər dəfə bu bəndi oxuyarkən xəyal məni uşaqlıq illərimə aparır. Göz açdığım Göytəpənin ortasından Göytəpə çayı axır. Bu yazının müəllifi kimi uşaqlıq illərimdə bayram ərəfəsində çayın sahilindən bir neçə kisə sarı torpaq gətirərdim. Anam həmin torpağın üzərinə su töküb, ona əvvəl ayaqla, sonra isə əllə yoğururdu. Bu evi suvarmaqdan ötrü idi. Qızılın rəngi sarı olduğuna görə, İranda torpaqdan hazırlanan palçığa İranda “qızıl palçıq” da deyirlər. Novruz bayramı elimizin elə bayramlarındandır ki, adət-ənənələri bu günə qədər yaşarlıdır. Şəhriyarın “Heydərbabaya salam” poemasını oxuyarkən bir daha yəqin edirsən ki, Novruz bayramı heç bir sərhəd tanımır. Bu gözəl adət Azərbaycan Respublikasının və İran İslam Respublikasının hər bir guşəsində yaşayır.