Rzaqulu Zəki oğlu İsayev 1956-cı il mart ayının 23-də dünyaya göz açıb. İlk təhsilini 1961-ci ildə Yardımlı rayonun Sırıq kəndində almış, sonradan orta təhsilini isə rayonun mərkəzində başa vurmuşdur. O, 1976-1978-ci illərdə hərbi xidmətini Uzaq Şərqdə keçirmişdir.
Rzaqulu İsayev ilk əmək fəaliyyətinə Yardımlı rayonundakı Kino idarəsində kinomexanik kimi başlamışdır. Sonradan təsərrüfat işlərinə qayıtmış, fəaliyyətini kənd təsərrüfatının müxtəlif sahələrində davam etdirmişdir. Ömrünün gənc çağlarında onu da şəhər mühiti cəlb etmişdir. Dostları ilə birgə Bakı şəhərində metro tikintisində çalışmışdır. Lakin atası Zəki kişinin məsləhəti ilə 1983-cü ildə yenidən Yardımlı rayonuna qayıtmış və sürücü kimi fəaliyyətə başalmışdır. O, uzun illər Yardımlı rayon Mərkəzi Xəstəxanasının təcili yardım stansiyasında sürücü işləyib. Daha dəqiq desək, 1998-ci ildən 2021-ci ilin aprel ayına qədər burada işləyib. Elə Mərkəzi Xəstəxanadan da təqaüdə çıxıb.
Sadə peşə adamı kimi işlədiyi kollektivdə hörmət-izzət qazanıb. İstər rayon, istərsə də kənd camaatının böyük hörmətini qazana bilib. Hamıyla mehriban münasibət yaratmağı bacarıb. Mən, Yardımlı rayonunda olduğum müddətdə bir neçə nəfərlə Rzaqulu İsayev barədə söhbətlər apardım. Özü də ayrı-ayrı sahədə çalışan insanlarla. Barəsində bir kəlmə belə olsun narazılıq eşitmədim. Hamı onun mehriban, gərəkli insan olmasından söhbət açdı.
A
tası Zəki kişi də öz dövrünün sayılıb-seçilən insanlarından olub. İkinci Cahan savaşında xüsusi fədakarlıqlar görsədib. Berlin şəhərinədək döyüşlərdə iştirak edib. Almanlarla savaşdan qələbə əzmi ilə qayıdan Zəki kişi ömrünün qalan hissəsini ailəsinə və övladına həsr edib. Onların sağlamlığı, təlim-tərbiyəsi və həyatda nüfuz qazanmağlarına çalışıb. Gecəli-gündüzlü təsərrüfat işlərindən əlini çəkməyib. Evinə əlinin qabarı ilə hallal ruzi gətirib. Elə övladlarına da bunu təlqin etməyə çalışıb. O, hallal zəhməti hər şeydən yükəsək sanıb. Zəki kişinin Berlin şəhərindən gətirdiyi divar saatı da bu gün Rzaqulu İsayevin yaşadığı evin foeyesindən asılıdır. O, atasının bu yadigarını əziz tutur. Bir xatirə olaraq o, saatı özünün nəvələrindən birinə əmanət edəcəyini deyir.
Beş övlad atası olan Rzaqulu İsayev vaxtının çox hissəsini on nəfəri haqlayan nəvələri ilə birlikdə keçirir. Həyətində nəvələri birlikdə əkib becərdiyi gül-çiçəyə qulluq edir. O, dükan-bazara da az üz tutur. Ona görə ki, ailənin gündəlik təlabatını torpaqdan əkib-becərdiyi məhsullardan alır.
Rzaqulu İsayev doğum tarixi Xalqımızın gözəl bayramlardan birinə təsadüf edir 23 mart tarixində doğulan Rızaqulu İsayev demək olar ki,ailənin qeyd etdiyi Novruz bayramına xüsusi bir gözəllik verir. Bu da ona sanki Ulu Tanrının bir qisməti imiş. Məndə ona Böyük Yaradandan möhkəm can sağlığı, ailə səadəti və nəvələrinin şad günlərini görməsini arzulayıram.
İlham İbadlı
Millitv nin Bölgə müxbiri