Axtarış...

Pedoqoq Əlican Ağayevin 50 illik Yubleyi Qeyd Edildi

Pedoqoq Əlican Ağayevin 50 illik Yubleyi Qeyd Edildi
Əlican Şabi oğlu Ağayev 1971-ci ilin 4-ü yanvarında Yardımlı rayonunun Zəngələ kəndində dünyaya göz açıb. O, orta təhsilini qonşu Horavar kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanıbdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Əlican Ağayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Texniki Əmək Fənləri fakültəsinə qəbul olunur. Orada əvvəlcə əyani təhsil almış və sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini qiyabi yolla davam etdirmişdir.
İlk əmək fəaliyyətinə Vərov kənədində başlamışdır. Həmin məktəbdə əvvəlcə müəllim, sonra isə direktor müavini vəzifəsində çalışmışdır. İstər müəllim işlədiyi dövrdə, istərsə də direktor müavini olduğu zamanlar pedaqoji kollektivin dərin rəğbətini qazanmış, daim onların xeyir-şərində yaxından iştirak etmişdir.
Əlican Şabi oğlu Ağayev dəfələrlə işlədiyi sahədə «Fəxri fərman»larla təltif olunmuşdur. Yaşadığı Zəncələ kəndində hal-hazırda məktəb direktoru olsa belə, özünü sadə və təvazökar aparır. Bir ziyalı olaraq, bir rəhbər olaraq qonşu kəndlərdə yaşayan insanların da daim karına gəlir. Hər hansı bir çətinlik olarsa, o zaman insanlara yardım əlini uzatmağa hazırdır. Elə bu xüsusiyyətlərinə görədir ki, o, insanlar arasında böyük nüfuza malikdir.
Direktor Əlican Ağayev yuxarıda qeyd etdiyimiz kimi, ucqar dağ kəndində yaşayır. Boş vaxtlarını təsərrüfat işlərinə həsr edir. Mal-qara saxlamaqdan və təsərrüfat işləri görməkdən heç vaxt çəkinmir. Əksinə, bir ziyalı olaraq hesab edir ki, kənddə yaşayan hər bir azərbaycanlı ailəsinin kənd təsərrüfatı məhsullarına olan tələbatını özü ödəməlidir. Mən də bir yazar olaraq hesab edirəm ki, Əlican müəllimin bu addımı tamamilə düzgün və realdır.
Əlican müəllim ailəlidir. Bir övladı var. Həyat yoldaşı Esmira xanım evdar qadındır. O, həyat yoldaşına təsərrüfat işlərində kömək etməkdən zövq alır. Həyət-bacada ilin bütün fəsillərində göy-göyərti becərir. Ailənin maddi imkanlarının normallaşmasında həyat yoldaşına yaxın köməkdaşdır.
Əlican Ağayev ömrünün ən mənalı çağlarına ayaq basıb. Artıq onun 50 yaşı tamam oldu. Həyatda demək olar ki, bütün istəklərinə çatıb. Şəxsi maşını, evi-eşiyi və normal təsərrüfatı var. Pedaqoji sahədə də uğurları kifayət qədərdir. Ona həyatda uzun ömür, möhkəm can sağlığı və çalışdığı pedaqoji sahədə uğurlar diləyirik.


İlham İbadlı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvu.
Text-to-Speech

DİNLƏ






Şərh yaz