Rusiyanın Xalq artisti Anna Netrebko ABŞ-ın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropolitan Operasından xaric edilib.
Millitv.az xarici KİV-ə istinadən xəbər verir ki , teatrın baş meneceri Peter Qelb Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu qərara gəldiyini deyib.
O qeyd edib ki, biz artıq Putini dəstəkləyən, onun müdafiəçisi olan sənətçilər və ya qurumlarla əməkdaşlığımıza davam edə bilmərik.
“İşğal və qətl dayandırılana, nizam-intizam bərpa olunana qədər bu qadağa davam edəcək”.
Qelb həmçinin “New York Times” qəzetinə açıqlamasında bildirib ki, kostyumların tikilməsi ilə bağlı “Böyük Teatr”la əməkdaşlığa da son qoyula bilər.
“Düşünürəm ki, kostyumlarımızı artıq özümüzün hazırlamağımızdan başqa çarəmiz olmayacaq”,- deyə Qelb qeyd edib.
Bu gün məlum olub ki, Vyana operası da Annayla əməkdaşlığa son qoyub.
Xatırladaq ki, Anna Netrebko Azərbaycanın xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.manset.az