"İtkilərim çox olub. Anamı, qardaşımı, bacımı, yoldaşımı itirmişəm. 21 yaşında atamı itirdim. İllərlə arzuladım ki, kaş atamın qəbrini tapardım. Tapa bilmədim".
Millitv.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Fatma Mahmudova deyib. "Sənətsevər" verilişinə qonaq olan aktrisa valideynlərinin məzarının yerini bilmədiyini söyləyib:
"İndi isə deyirəm ki, kaş anamın qəbrini tapardım. Onun ölümündən 10 gün sonra Ağdam işğal edildi. Ancaq səmti tanıyıram. Kaş Allah mənə ömür verərdi, gedib tapardım".