Axtarış...

Dövlət Başçısına Yalan Məlumatlar Verən “Azəravtoyol” Şefinin Korrupsiya Əməlləri Və Yarıtmaz Fəaliyyətinin Araşdırılmasına Ciddi Ehtiyac Var

Dövlət Başçısına Yalan Məlumatlar Verən “Azəravtoyol” Şefinin Korrupsiya Əməlləri Və Yarıtmaz Fəaliyyətinin Araşdırılmasına Ciddi Ehtiyac Var

Azərbaycanda intensiv şəkildə kadr islahatları davam etsə də, bəzi vəzifəli şəxslər var ki, onlar haqqında çoxsaylı şikayətlər və narazılıqlar olmasına baxmayaraq, korrupsiya cinayətlərini və yarıtmaz fəaliyyətlərini davam etdirirlər. AzToday.az xəbər verir ki, həmin vəzifəli məmurlar sırasında adı keçənlərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovdur. O, Saleh Məmmədov ki, təkcə ölkə yollarının deyil, vətəndaşların da taleyi ondan asılıdır. Di gəl ki, Saleh müəllim adına zidd olaraq əməli saleh deyil. O səbəbdən də ölkədə yol infrastrukturunun inkişafından danışanda müsbət fikirlərin yerinə S.Məmmədovun cəmiyyətimiz üçün təhlükə törədən əməlləri yada düşür.
Amma dövlət başçısı onu bu vəzifəyə təyin edəndə, ölkənin yollarını ona etibar edəndə yollarımızın yenidən qurulması, yeni yolların çəkilməsi sahəsində ciddi tələblər qoyub. Üstəlik, ölkədə bəlkə də barmaqla sayılan bir neçə sahə var ki yenidənqurma işləri üçün dövlət başçısı büdcə vəsaitindən əlavə, Prezidentin ehtiyat fondundan da vaxtaşırı milyonlarla manat pul ayırır. Pul ayırır ki, Saleh Məmmədov paytaxt Bakının və regionlarımızın yollarını düzəltsin. Düzəltsin ki, vətəndaşlarımız ölkə daxilində rahat hərəkət edə bilsin…

Amma nə yazıq ki, son illərdə müstəqil mediada və sosial şəbəkələrdə Saleh Məmmədovun qururculuq əməllərindən daha çox dağıdıcı fəaliyyətindən bəhs olunur. Bu cür təzadlı durumda S.Məmmədovun

TƏKCƏ ÖLKƏ VƏTƏNDAŞLARINI DEYİL, DÖVLƏT BAŞÇISINI DA ALDATMAQ CƏHDLƏRI

sezilir. Məsələn, təsəvvür edin, 2015-ci ildən “Azəravtoyol”un rəhbəri təyin edilən S.Məmmədov dövlət başçısı ilə həm açılışlar, həm də təkbətək görüşlərində görüləcək işlər barədə gələcək planlar haqqında danışanda xeyli layihədən bəhs edir. Amma elə yol layihəsi var ki, bu məmur 7 ildir hər dəfə yaxın vaxtlarda başa çatacağından danışır, utanmadan dövlət başçısına məlumat verəndə də ad çəkir, nəticə isə yoxdur.

Sadəcə bir misal çəkək: inşasına 2015-ci ildə başlayan Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun istifadə verilməsi S.Məmmədovun rəhbərliyi ilə 7 ildir ki, davam edir. Bu gedişlə yəqin

S.MƏMMƏDOVUN DÖVRÜNDƏ ZIĞ-HÖVSAN AVTOMOBİL YOLU TAM İSTİFADƏYƏ VERİLMƏYƏCƏK!

Həmin ərazidə yaşayan sakinlərlə S.Məmmədovun hansı düşmənçiliyi varsa, 70 kilometrlik Zəfər yolu bir ilə istfadəyə verilsə də, 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunun istifadəyə verilməməsi dəfələrlə gündəmə gətirilsə də, bu məsələdə adıkeçən məmur yalandan vaxt verməklə işini bitmiş hesab edir.

AzToday.az xəbər verir ki, sonuncu dəfə ötən ilin oktyabrında Prezident İlham Əliyev xüsusi sərəncamla Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayırıb. Amma 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun tamamlanması üçün son 5 ayda ciddi işlərin görüldüyü nəzərə çarpmır.

Baxmayaraq ki, dövlət başçısı ilə görüşlərində 3 il əvvəl də yolun tamamlanmasına az müddət qaldığı barədə yalan məlumatlar verən “Azəravtoyol”un şefinin ayrılan bu qədər vəsaiti haraya xərclədiyindən belə xəbər yoxdur. Bununla eyni zamanda həmin yolun davamı olacaq Hövsan-Qala-Türkan yolunun istifadəyə verilməsi də illərdir davam edir. Belə ki, AAYDA-nın öz saytında hələ 2019-cu ildə yolun tikintisi barədə məlumat yerşlədirilsə də, sakinlər bu yolun aqibəti barədə hələ də xəbərsizdirlər.

Digər tərəfdən, ölkədə inşa edilən avtomobil yollarında

AAYDA-nın YARIMÇIQ FƏALİYYƏTİ ÖLKƏDƏ ÖLÜM MƏNBƏYİ YARADAN ƏSAS AMİLLƏRDƏNDİR.

Ekspertlərin də qeyd etdikləri kimi, ölkənin bir çox yollarında, o cümlədən Bakı-Quba yolunda qüsurların olması, bayaq adını çəkdiyimiz Zığ-Hövsan yolunda yarımçıq işlərin başa çatdırılmaması, yolların bir tərəfinin hələ də açılmaması, işıqlandırılmaması nəticəsində demək olar ki, hər gün həmin yollarda avtomobil qəzası baş verir. Yollarda çökmə, natamam işlərin nəticəsində yaranan boşluqlara görə sürətli gedən maşınlar idarəetmədən çıxır, çox sayda insanın ölümü baş verir. Bütün bu qəzaların baş verməsində əsas günahkar olan AAYDA isə məsuliyyətdən kənarda qalır…

Beləliklə, Prezident İlham Əliyevə yalnış məlumat verən S.Məmmədovun yarıtmaz fəaliyyyəti ucbatından qəzalar baş verir, vətəndaşların taleyi ilə oynayan S.Məmmədov isə öz işindədir. Sonuncu dəfə bir-neçə gün əvvəl Bakı-Quba yolunun bərbad vəziyyətdə olması səbəbindən bir ailənin bütün üzvləri həlak oldu. Məhz, bu faciədən sonra Saleh Məmmədovun işçiləri təmir adı altında adıçəkilən magistrala yamaq vurmaqla işlərini yola verdilər.

Əvəzində S.Məmmədovun yaxın qohumları ilə əlbir olaraq dövlətin ayırdğı vəsaitlərin tender və digər layihələri icrası yolu ilə taladığı barədə son illərdə mediada xeyli məlumatlar var. S.Məmmədovun və rəhbərlik etdiyi müəssisənin ona daha yaxın olan işçilərinin vasitəsilə korrupsiya yolu ilə topladığı sərvətlərin hara xərcləndiyi, hansı sahədə leqallaşdırıldığı, habelə tabeliyindəki idarələrdə qanun pozuntuları barədə onlarla şikayət, hətta dövlət başçısına açıq müraciətlər var.

Burada ən maraqlı fakt – xarici ölkələrə daşınan sərvətlər vasitəsilə Saleh Məmmədovun oğlu Sübhan da Qərb ölkələrində şirkətlər yaradıb, tanınmış iş adamı olmasıdır. Avstriyada yaşayan Sübhan Məmmədli nə hikmətdirsə, 21 yaşında həm Avstriyada, həm də Böyük Britaniyada şirkət açıb. Londonda fəaliyyət göstərən şirkətinin hissələrini alaraq şəriklik hüququ əldə edib. Mediada yaylan sənədlərə görə, AAYDA rəhbəri S.Məmmədovun oğlu Sübhan Londonun zənginləri sırasında ən gənc milyonçu kimi tanınır. Daha bir iddia onun keşmiş məmurlardan Əli Həsənovun oğlu Şamxal kimi,

SALEH MƏMMƏDOVUN OĞLUNUN XARİCDƏ ERMƏNİLƏRLƏ İŞBİRLİYİ

barədədir. Belə ki, Sübhan Məmmədlinin milyonlarla aktivi olan Britaniyadakı şirkətinin tərəfdaşları sırasında Tiqran Petrosyanın da adı çəkilir.

AzToday.az xəbər verir ki, Birləşmiş Krallığın reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.

Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Detallara varmadan S. Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərrin siyahısını da təqdim edirik:

“Saha İnvestment Dış Ticaret Limited”

“Subhan Dış Ticaret Limited”

“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”

“Azerturk İnvestment Dış Ticaret Limited”

Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.

Onu da qeyd edək ki, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli R. Vəliyevin qızı ilə ailə həyatı qurub.

Yəni konkret olaraq demək olar ki, uzun illərdir yüksək vəzifələrdə olan S.Məmmədov haqqında korrupsiya iddiaları fonunda digər məmurların nümunələrində olduğu kimi, qarşımızda övladları vasitəsilə ölkəmizin sərvətlərinin xaricə daşınmasının şahidi olduğumuz mənzərə canlanır.

Amma nədənsə, onun korrupsiyada və qohumbazlıqda günahlandırılması barədə illərlə danışılsa da, yazılsa da, Saleh Məmmədov “topdağıtmaz” məmurlardan biri kimi özünü dövlət başçısı qarşısında işgüzar kimi göstərir. Halbuki yol infrastrukturuna ayrılan vəsaitlərin bacısı oğlu, qudası, AAYDA-nın tabeliyindəki idarə rəhbərləri ilə əlbir olaraq dağıdan, əvəzində isə ölkə vətəndaşlarının min bir əziyyət çəkməsinə, həyatını itirməsinə səbəb olan Saleh Məmmədovun fəaliyyəti ciddi araşdırılmalı, dövlətdən oğurladığı pulları geri qaytarmağa məcbur edilməlidir.xeberal.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
เว็บตรง พีจีมาแรงจนกระทั่งผลักไม่อยู่ เล่นง่าย จ่ายทุกใบเสร็จรับเงิน ทำเทิร์นน้อยสำหรับโบนัส แล้วก็ โปรโมชั่นที่ท่านเลือก
ได้รับการผลักดันและสนับสนุนจากเว็บไซต์ pgslotgame.vip
ที่เปิดให้บริการสล็อตพีจีมานานกว่า 3 ปี เหมาะสำหรับผู้เล่นทุกระดับ ไม่ว่าจะเป็นผู้เล่น ทุนน้อย ทุนหนัก ก็สามารถเล่นได้
มีพนักงานรอดูแลท่าน ตลอด 24
ชั่วโมง พร้อมระบบฝาก-ถอน ออโต้ใช้งานง่ายไม่ต้องโหลดappicationสามารถเข้าเล่นผ่านหน้าเว็บได้โดยทันที มีผู้เล่นมากมายก่ายกองจากทั่วทุกประเทศในโลก ลงทะเบียนสมัครสมาชิกกับพวกเราวันนี้ รับโบนัสฟรี
100% นอกนั้นยังมีการแจกสูตรเกมสล็อตฟรีๆทุกวัน รวมเกมส์SLOT
PGตื่นเต้นเร้าใจไม่ว่าจะเป็นเกมส์สล็อตเล่นง่ายหรือกีฬาฟุตบอลจากลีกชั้นหนึ่งทั่วทั้งโลก แล้วก็รวมถึงฟุตบอลรายการต่างๆเยอะแยะ ที่เปิดให้ท่านมาเพลิดเพลินใจมากยิ่งกว่าทุกๆที่ เปิดประสบการณ์ที่บันเทิงใจที่สุด ได้กำไรเยอะที่สุด เพราะเราเป็นสล็อตเว็บตรงที่ดีที่สุดในไทย ยืนยันเรื่องที่เกี่ยวข้องกับการชำระเงินแน่ๆ
เพราะว่าเว็บของพวกเรานั้นมีความมั่นคงและไม่มีอันตราย100% สล็อตแตกง่าย
Wonderful website. Lots of useful info here. I am sending it to
several pals ans additionally sharing in delicious.
And obviously, thanks to your sweat!

My web-site: the website
I love what you guys are up too. This kind of clever
work and exposure! Keep up the very good works guys I've added you guys to our blogroll.


My website ... [url=https://pastelink.net/b898spcu]1[/url]