Axtarış...

Əvəz Qocayev AYDA-da təcrid durumunda - Sədr Saleh Məmmədovun isə "səbr kasa"sı dolub...

Əvəz Qocayev AYDA-da təcrid durumunda - Sədr Saleh Məmmədovun isə "səbr kasa"sı dolub...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininin rəhbərliyində dəyişklik gözlənilir.

Millitv.az xəbər verir ki, MilliYol.Az-a daxil olan məlumata görə, qurumun sədr müavini Əvəz Qocayev vəzifəsindən yola salınacaq. Məlumata görə, Əvəz Qocayevin vəzifədən alınmasıüçün artıq AYDA sədri Saleh Məmmədov fəaliyyətə keçib. Bunun səbəbi isə Əvəz Qocayevlə AYDA rəhbərliyində çalışan şəxslər arasında yaranmış problemlərdir.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyində başda Saleh Məmmədov olmaqla hər kəs Əvəz Qocayevi özündən uzaq tutmağa çalışır və məlumata görə sədr müavinin kollektivlə münasibətlərində açıq gərginlik var.

Məlumata görə, Əvəz Qocayev artıq Saleh Məmmədovun "səbr kasa"sını daşırıb. Sonuncu dəfə Əvəz Qocayevlə AYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev arasında yaranmış konfilktdən sonra isə sədr müavinin vəziyyətinin dahda pisləşdiyi deyilir. Həmin konfilktin səbəbi isə Əvəz Qocayevin Müseyib Həmzəyevin yerinə öz yaxına damını gətirmək istəməsi olub. Məlumata görə, sədr müavinin bu planınının üzə çıxmasından sonra Saleh Məmmədovla Əvəz Qocayev arasında söz atışması olub və sədr onun düzgün hərəkət etmədiyini vurğulayıb.

Qeyd edək ki, ölkə mətbuatı xeyli müddətdir ki, Əvəz Qocayevin Saleh Məmmədovun yerinə keçmək üçün çalışdığını yazırdı. Təqribən iki həftə əvvəl isə yerli mətbuatda onun Cavid Qurbanovun yerinə göz dikməsi barədə məlumat yayılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz