2012-ci ildən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışan Elmira Əliyeva bu ilin sentyabrın 4-də tutduğu vəzifədən azad olundu. Onun yerinə təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışan Nelli Veyisova gətirildi. Səhiyyə sektorundakı bu ciddi kadr dəyişikliyini əksəriyyət müsbət qəbul edir və gələcək üçün uğurlu bir addım sayırdı.
Hələ səhiyyə sahəsində çalışanlar bildirirdilər ki, yeni təyinatdan sonra səhiyyə ocaqlarındakı vəziyyət köklü olaraq müsbətə dəyişəcək, çatızmaqlıqlar aradan qaldırılacaq, “ələ baxanlıq”a son qiyulacaq. Amma deyir sən saydığını say, gör yeni təyinat alanlar nə sayır.
Ümumiyyətlə, olkənin səhiyyə sisteminin yaxşılaşdırılması, xəstəxana və poliklinikaların müasir standartlara uyğunlaşdırılması üçün dövlət büdcəsindən milyon manatlar ayrılır. Avadanlıqlar alınır, daha sağlam həyatın formalaşması üçün imkanlar yaradılır. Amma bir müddət keçdikdən sonra təmirdən çıxmış xəstəxanalarda vəziyyət tamam dəyişir, avadanlıqların qorunub saxlanmasının sahidi olmuruq, xəstəxanalarda yenə “ələ baxımlıq” hökm sürür, həkim-xəstə al-veri davam edir və sairə.
Təssüflər olsun ki, bütün bunlarla ilgilənməli olan, problemləri kökündən həll etməli olan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veyisova isə tamam başqa göstəriş və tapşırıqlarla yadda qalır.
Bizimxeber.az-a daxil olan məlumata görə, təyin olunan gündən bütün işini səhiyyə şöbələrinin mühasibatlıq hissəsinə ayıran həkim Veyisovanın əsas məqsədi ixtisarlar aparmağa hesablanıb.
Məlumata görə, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş mühasibinin qarşısında şərt qoyan Nelli Veyisova 20-dən artıq mühasibin təcili olaraq işdən çıxarılması üçün göstəriş verib. Konkret bu məsələyə yüklənən Veyisovanın məqsədinin nədən ibarət olduğu hələlik bəlli deyil. 11 rayon üzrə 150 mühasibin çox olduğunu əsas gətirən Veyisova hətta ştat cədvəlinə belə diqqət etmək istəmir.
Prosessin ən maraqlı tərəfi Veyisovanın heç kimi dinləmədən ixtisarların sakit şəkildə və səs-küysüz aparılmasına çalışmasıdır. Bu fakt isə onu göstərir ki, idarə rəisinin “ixtisar əməliyyatı”ndan nazir Oqtay Şirəliyevin xəbəri yoxdur. Əks təqdirdə bu prosess sakitcə, “öz xahişinizlə işdən çıxın” adı altında deyil, hansıısa əmrin və ya qanuni qərarın altında baş verərdi. “Öz xahişinizlə işdən çıxın” demək, prosessin qanunsuz və hansısa məqsədə söykənməsinə hesablanmış addım deməkdir, xanım Veyisova.
İşdən çıxarılma üçün ciddi əsaslar, konkret arqumentlər və əmrlər olmalıdır. İndiki zamanda kimsə öz ərizəsi ilə işdən çıxarmı? Buna kimsə inanarmı?
Bu faktla bağlı redaksiya olaraq, Səhiyyə naziri cənab Oqtay Şirəliyevə səslənirik. Xanım Veyisovanın 20 nəfəri işsiz qoymaq cəhdi, işsizlik mühitinin hər gün azalması üçün ölkə prezidetinin apardığı siyasətin nəticəsidir, yoxsa bunun adını nə qoyaq? Ölkə prezidenti İlham Əliyev hər gün yeni-yeni iş yerlərinin yaradılması və işsizlik probleminin kökündən həll edilməsinə çalışarkən 20 mühasibi birdən işdən uzaqlaşdırmaq cəhdinin altında nələr dayanır?
Uzun illər bu işdə çalışan mühasiblər bundan sonra nə etməlidir? Umumiyyətlə, onları hansı əsasla işdən uzaqlaşdırmaq lazımdır? Bu suallara yaxın günlərdə səhiyyə sahəsinin mütəxəssisləri ilə aydınlıq gətirməyə çalışacağıq. Bizimxeber.az