Axtarış...

”TƏBİB gələndən sonra dərmanlarımı ala bilmirəm” - GİLEY

”TƏBİB gələndən sonra dərmanlarımı ala bilmirəm” - GİLEY

Kanal32.az xəbər verir ki,Mingəçevirdə yaşayan Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil səhhətində yaranan ciddi problemdən və aidiyyatı qurumların biganə münasibəti ilə bağlı redaksiyamıza müraciət edib.3 il erməni əsirliyində olan qazi İlham Həmidovun sözlərinə görə, ilin 9 ayını xəstəxanada keçirir.Son 24 ayda isə səhhətinin ağırlaşması səbəbindən qazi ancaq iynə-dərmanların hesabına yaşayır.

Çarəsiz vəziyyətə olan İlham Həmidov deyir ki, istifadə etdiyi dərmanlar çox bahalı olduğuna görə o,maddi imkansızlıqdan bu dərmanları ala bilmir. Bir müddət öncə nazirliyin vasitəsi ilə Mingəçevir şəhər Xəstəxanası, daha sonra isə tətbiq edilən İcbari Tibbi Sığorta çərçivəsində qazi dərmanlarla təmin edilib.

Dediyinə görə TƏBİB yaradıldıqdan sonra ona dərmanlar verilmir.Bu da xəstənin vəziyyətində ağırlaşmaya səbəb olub.İlham Həmidov bizimlə söhbətində onu da vurğulayıb ki,şiddətli ağrıları tutanda dərhal təcili yardım çağırılır.Lakin təcili yardımın ona vurduğu iynələr onun ağrılarını kəsmir,əksinə vurulan ağrıkəsicilərdən sonra vəziyyəti daha da pisləşir.Hətta,elə olur ki, 1 gündə 4 dəfə təcili yardım gəlir.

Qarabağ əlilinin videomüraciətini təqdim edirik:

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz