Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Millitv.az-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi ilə bağlı məlumatlar dövlət satınalmaları vahid internet portalına yerləşdirilməyib.
Açıqlanan məlumatlarda qeyd olunur ki, tenderin qalibi olan fiziki şəxslər (bu şəxslərin kim olduqları açıqlanmayıb-red.) müəllifləri Maykl Todaro və Stefen Smit olan "Economic Development" (İqtisadi inkişaf) adlı kitabı Azərbaycan dilinə tərcümə edəcəklər. Bu kitabın tərcüməsi üçün Dövlət İqtisad Universiteti 64 min 800 manat vəsait ödəyəcək.
Məlumat üçün qeyd edək ki, Nyu-York Universitetinin müəllimi Maykl Todaro və Corc Vaşinqton Universitetinin müəllimi Stefen Smit tərəfindən yazılan "Economic Development" kitabı 800 səhifədən ibarətdir.