Axtarış...

FHN şefi yenə xəstələndi... - TƏFƏRRÜAT

FHN şefi yenə xəstələndi... - TƏFƏRRÜAT

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov koronavirusa yoluxub.

Millitv.az Bizim.Media-ya istinadla xəbər verir ki, nazir hazırda ev şəraitində müalicə alır.

Mənbənin bildirdiyinə görə nazirin vəziyyətində ciddi ağırlaşma olmasa da, səhhətindəki narahatlıqla və özünü təcridlə bağlı sabah Azərbaycan Boks Federasiyasında (ABF) keçiriləcək hesabat-seçki konfransına qatıla bilməyəcək.

Daha doğrusu konfransda onlayn formada iştirak edəcəyi gözlənilir.

Məsələni dəqiqləşdirmək üçün Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Vüqar Novruzov Bizim.Media-ya açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib edib. İşdə olmadığını vurğulayan FHN rəsmisi məsələ ilə bağlı dəqiqləşdirmə aparandan sonra məlumat verəcəyini açıqlayıb.

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək.

Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək.

Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır.

Xatırladaq ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Biz isə öz növbəmizdə hörmətli nazirimizə sağlamlığına qovuşub, işinin başına dönməsini arzulayırıq. Keçmiş olsun!

DİA.AZ xatırladır ki, Kəmaləddin Heyədorv günü bu günə qədər onkoloji xəstəlikdən əziyyət çəkir. Onun hətta saçları da tökülürdü.

Belə görünür ki, FHN şefi hazırda daha ağır formada xəstəliyi keçirməkdədir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz