Axtarış...

Əflatun Amaşovdan Cavanşir Feyziyevlə bağlı İLK AÇIQLAMA - "İdarə heyətində qala bilməz"

Əflatun Amaşovdan Cavanşir Feyziyevlə bağlı İLK AÇIQLAMA - "İdarə heyətində qala bilməz"

Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

Millitv.az xəbər verir ki, musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini də deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının idarə heyətində qala bilməz.

Musavat.com xəbər verir ki, yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz