Axtarış...

Azərbaycanda nazir koronavirusa yoluxdu - FOTO

Azərbaycanda nazir koronavirusa yoluxdu - FOTO
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz