Axtarış...

Daha bir məktəbdə rüşvət QALMAQALI – Direktorla müəllimin SƏSYAZISINDA nələr var?

Daha bir məktəbdə rüşvət QALMAQALI – Direktorla müəllimin SƏSYAZISINDA nələr var?


Daha bir məktəbdə direktorun müəllimindən rüşvət alması lə bağlı iddialar ortaya çıxıb. Söhbət Ağdam rayonu, 38 saylı tam orta məktəbdən gedir. Iddiaya görə məktəbin direktoru Məsud Həmzəyev uzun müddətdir təhsil müəssisəsində çalışan Ləman Zeynalovaya artıq dərs saatı vermək üçün rüşvət tələb edib.

Millitv.az xəbər verir ki, Bizim.Media-ya bu iddia ilə müraciət edən ibtidai sinif müəllimi Ləman Zeynalova 2019-cu ildən həmin məktəbə direktor təyin olunan Məsud Həmzəyevin xoşagəlməz əməllərlə məşğul olduğunu, üstəlik etdiyi qanunsuzluqlarla bağlı ondan rüşvət aldığını bildirib. Çarəsiz qalan Ləman Zeynalova direktora istədiyi məbləği verməyə məcbur olub.

Mütəmadi olaraq müəllimdən müəyyən miqdarda pul tələb edən direktor onu çətin vəziyyətə salıb:

“Direktor yeni təyin olunandan sonra dərs bölgüsü üçün otağına yaxınlaşdım. Artıq dərs saatının olmadığını və hamısının bölündüyünü bildirdi. Dedim onsuz mənim 4-5 saat dərsim olur. “Heç 1 saat da yoxdu”deyə cavab verdi. Soruşdum ki, onda mən nə etməliyəm, çıxmalıyam? “Necə istəyirsiz”, deyə cavablandırdı. Direktorla yenidən danışıb, səhəri işdən çıxmaq üçün məktəbə ərizə yazmağa getdim. O, isə xəstə uşaqlar üçün sinif açılması təklifi ilə çıxış edərək məndən 1000 manat istədi. İsrar etdim ki, əvvəlki 4-5 saatlıq siniflərimi geri qaytarsın. İnad etdi və sinif açmaq üçün həmin məbləği verməyə məcbur etdi. O zaman əmək haqqı kartımı götürməsini təklif etdim. Onunla da razılaşmadı”.

1000, daha sonra 800 manat...

Ləman Zeynalovanın sözlərinə görə direktor rüşvət müqabilində müəllimin işə gəlməyəcəyini, jurnalın onun adından yazılacağını və maaşı vaxtı-vaxtında alacağını ona vəd edib:

“1000 manatı 2019-cu ildə verdim və məktəbə getmədim. Sonra pandemiya ilə bağlı karantin qərarı verildi. 2020-ci ildə də karantin davam edirdi. Amma biz müəllimlər ara-sıra məktəbə gedirdik.

Bu dəfə direktor məndən həmin siniflərin qalması üçün 800 manat tələb etdi. 2021-ci ildə artıq direktora yaxınlaşıb ondan normal dərs saatlarının verilməsini istədim. O, isə həftədə 2 dəfə olmaqla 4 saat dərs verəcəyini bildiridi. Yolum uzaq olduğu üçün 4 dərsi həftədə bir dəfəyə salınmasını xahiş etdim. Razılaşmadı. Dərslərə getməyə davam etdim. Amma o gündən direktorun mənlə münasibəti və rəftarı dəyişdi. Bir gün eynilə dərsimi keçən zaman növbəti dərsdə uşaqların olmadığını gördüm. Məsud müəllimdən səbəbini soruşanda “burada qərarları mən verirəm, istəyərəm yollayaram, istəyərəm yox” deyə kinayə ilə cavab verdi. Çox kövrəldim və özümə söz verdim ki, bir daha o məktəbə getməyəcəyəm. Elə də oldu”.

“Şikayətimə baxan yoxdur...”

Şikayətçi direktorun qanunsuz əməli, rəhbərlik tərəfindən rüşvətə məcbur edilməsi, karyerasının qərəzli olaraq təhlükə altına atılması ilə bağlı Təhsil Nazirliyinə, eləcə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət edib.

Təhsil Nazirliyi vətəndaşın şikayətini baxılması üçün Ağdam Rayon Təhsil Şöbəsinə yönləndirib:

“Rayon təhsil şöbəsindən Şakir müəllim məni qəbuluna çağırdı. Bu zaman direktor Məsud Həmzəyev də gəldi.

Şakir müəllim şikayət ərizəsini geri götürməyi, direktorun səhv addım atdığını və yenidən məktəbə geri dönməyimi israr etdi. Mən isə ərizəmi geri götürməyəcəyimi və məktəbə qayıtmayacağımı bildirdim. Problemim isə eləcə də qaldı. İndiyədək şikayətimə baxan yoxdur”.

Ləman Zeynalova neqativ halların araşdırılmasını və qanuni tədbirlərin görülməsini xahiş edir.

“Sübutu varsa, məhkəməyə müraciət etsin”

Ağdam rayonu, 38 nömrəli məktəbin direktoru Məsud Həmzəyev Bizim.Media-ya açıqlamasında Ləman Zeynalovanın iddialarına münasibət bildirib.

Direktor xanım müəllimin ona şər-böhtan atdığını, deyilənlərin heç bir əsası olmağını bildirib:

“Hamısı əsassız iddialar və böhtandır. Bununla bağlı Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verilib. Xanım dərs buraxdığına və fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbin pedaqoji şurası ilə işdən azad edilib. Evinə də məlumat göndərilib. Əgər əlində rüşvət almağımla bağlı faktı, sübutu varsa, məhkəməyə müraciət edə bilər. Günahım varsa, qoy dövlət orqanları qərar versin. Dövlətin məhkəməsi və qanunları məsələni həll etsin. Heç bir əsas göstərmədən və səbəb gətirmədən 2 ay müddətinə dərsi buraxıb.

Buna görə üzrxahlıq etmək əvəzinə barəmdə əsassız şikayətlər edib. Pul vermişəm və ya filan şey etmişəm. Bu günkü Azərbaycan qanunları ilə məgər şər-böhtan və şantajla nə isə əldə etmək olar?”

Direktor əlavə edib ki, Ləman Zeynalova müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən 6 bal toplayıb:

“Nazirin əmrinə görə ona 6 saatdan artıq dərs vermək olmaz. Ona isə həftədə bir dəfə dərsə gəlmək istəyi nəzərə alınaraq 4 saat dərs verilib. 2020-ci ildə il boyu dərslər distant formada keçdi. Başa salsın görüm, hansı dövrü gəlməyib və əməkhaqqı alıb? Tamam yalnış, məqsədi bilinməyən və arxasında kimin durduğu bəlli olmayan ittihamlardır. Təhsil Nazirliyi və müvafiq orqanlar da baxdı ki, tam əsassız şikayətdir. Onun istəyi odur ki, işə gəlməsin və mən isə dövlətin pulunu ona verim. O zaman cinayət etmiş olardım”.

Qeyd edək ki, vətəndaşın şikayətindən Təhsil Nazirliyi və Ağdam Rayon Təhsil Şöbəsi xəbərdardır.

Hər iki quruma müraciət etsək də, hələki cavab ala bilməmişik. Təhsil Nazirliyi və Ağdam Rayon Təhsil Şöbəsinin mövqeyini dərc etməyə hazırıq.


VİDEO BURADA:
https://player.bizim.media?v=4802&share_user_id=
My Webpage
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
This web site definitely has all of the info I needed concerning this subject and didn't know who to ask.


Feel free to visit my web site - [url=https://iegygc.com/home.php?mod=space&uid=25966]n[/url]
Hey are using Wordpress for your blog platform? I'm new
to the blog world but I'm trying to get
started and set up my own. Do you need any coding expertise to make your own blog?

Any help would be greatly appreciated!

Also visit my blog post; [url=http://wx2.jjcbw.com/home.php?mod=space&uid=1115488]c[/url]
An outstanding share! I've just forwarded this onto a co-worker
who has been doing a little homework on this. And he in fact bought
me dinner because I discovered it for him... lol. So let me reword this....
Thank YOU for the meal!! But yeah, thanks for spending some time to
talk about this topic here on your internet
site.

Also visit my web blog - [url=http://www.kiripo.com/forum/member.php?action=profile&uid=393128]x[/url]