Axtarış...

İlham Əliyev Zelenskini təbrik etdi

İlham Əliyev Zelenskini təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Dost Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Ukrayna xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Text-to-Speech

DİNLƏ






Şərh yaz