Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Xatırladaq ki, 10 Yanvar 2022-ci il tarixində 329 yoluxma faktı və 12 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 735 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 215 nəfərdir.