Axtarış...

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1671 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Xatırladaq ki, 16 Dekabr 2021-ci il tarixində 984 yoluxma faktı və 12 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27321 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 611, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 552 nəfərdir.
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Text-to-Speech

DİNLƏ






Şərh yaz