Axtarış...

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Xatırladaq ki, 26 Dekabr 2021-ci il tarixində 511 yoluxma faktı və 13 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.
Yoluxanların sayı açıqlandı



Şərh yaz