Axtarış...

İcra başçısı problemi həll etmək əvəzinə... - İLGİNC

İcra başçısı problemi həll etmək əvəzinə... - İLGİNC

Hər gün sosial medialarda və sosial şəbəkələrdə yayımlanan vətəndaş şikayətlərindən, narazı vətəndaşların etiraz səslərindən xalqın artıq cana doyduğu açıq-aydın görünür.

Yerli icra orqanları, xüsusilə İcra başçıları hər kəsin səbrinin sonunu gətirib.

Bir çox icra başçıları sakinlərlə nəyinki görüşlər təşkil etmir, ümumiyyətlə heç qəbula gələn sakinləri saatlarla qapıda gözlədib, qəbul etmir, problemlərini dinləmirlər.

Əlacsız qalıb, mətbuat vasitəsilə ölkə başçısına müraciət edən sakinlər olanda da, başçının işlə təmin etdiyi, müəyyən maraqlarını qarşıladığı "troll ordusu" dərhal sosial şəbəkələrdə dərdini danışan vətəndaşın və onun müraciətini yayımlayan media qurumunun üzərinə "hücum"a keçirlər.

Xatırlayırsınızsa belə bir hal Cəbrayıl rayon İcra Hakimyəti ilə, "DogruXeber.az" informasiya agentliyi arasında da yaşanmışdı.

44 günlük vətən müharibəsində yarı canını qurban vermiş qazinin İcra başçısından olan gileyini yayımladığımıza görə sosial şəbəkələrdə yuxarıda da qeyd etdiyimiz "başçı sevdalıları"nın hücumuna məruz qalmışdıq. Hətta, baş redaktorumuzun evinə belə hücum çəkməyi gözə almışdılar.

Əlqərəz...

Əslində bütün bunları təkrar xatırlatmaqda sözümüzün canı var. Belə ki, bir neçə gün əvvəl Elmira Məmmədova, Xalidə Məmmədova və Aygün Mehdiyeva adlı Cəbrayıl rayon sakinlərinin ardıcıl olaraq, agentliyimiz vasitəsilə ölkə başçısına müraciətlərini yayımladıq.

Videogörüntülər yayımlandığından bəri sosial şəbəkələrdə başçının "hücumçu dəstəsi" videoların şərh bölməsində bir şikayətçi xanımları, bir də görüntüləri yayımladığımıza görə bizi kobud ifadələrlə söz atəşinə tutublar. Digər tərəfdən də "sülhsevər elçilər" fəaliyyətə başlayıblar. Doğrusu hər iki variantın eyni vaxtda paralel aparılmasını tamamilə məntiqsiz hesab edirik. Bu qədər adamı bizim və şikayətçilərin üzərinə yönləndirməkdənsə, həmin sakinlərin tələblərini yerinə yetirib, mövcud problemlərinin aradan qaldırılması üçün qismən də olsa müəyyən addımlar atmaq daha doğru olmazmı? Hansı ki, şikayətçi tərəflər haqlı olaraq çox sayda yerli sakinlərin işsiz olduğu halda, İcra başçısının rayondakı müəyyən iş yerlərinə digər rayon sakinlərini təyin etməsindən, əvvəl çalışdığı iş yerində korrupsiya və dağıntıya yol verdiyinə görə işindən azad edilənlərin, yenidən vəzifəyə təyin edilməsindən narazılıq ediblər. Lakin, hələ də mövcud problemlərini kimsənin dinləmədiyini, əksinə mətbuata müraciət etdikləri üçün, bəzi səlahiyyətli şəxslər tərəfindən təpgilərə məruz qaldıqlarını deyirlər. //dogruxeber.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz