Axtarış...

Ordubadda Allahın Evini təmir edənlər ALLAHIN YAŞILLIĞINA QƏNİM KƏSİLİB - Bunu Allah da bəyənməz...

Ordubadda Allahın Evini təmir edənlər ALLAHIN YAŞILLIĞINA QƏNİM KƏSİLİB - Bunu Allah da bəyənməz...

Ordubad şəhər Cümə məscidində təmir işləri apararkən, ətrafdakı yaşıllıq məhv edilir, meyvə ağacları kökündən çıxarılır.

Millitv.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Bundan əlavə, onlar deyir ki, yeni layihə binanın orijinallığını, tarixi görkəminin də sıradan çıxarır. Rayon sakini Murad Qasımov bildirir ki, məscidin ətrafındakı ağaclar və yaşıllıq onların istirahət, dincəlmək yeri olub:
" Qapıdan girəcəkdə böyük tut ağacları, çeşmə və tualet var idi. İnsanlar yayın isti günlərində rahat şəkəldə çeşmə də əl üzü yuyub sərinləyir, tut yeyib yolumuna davam edirdi. Girişində gözəl güllər və ağaclar yorğun və ya bura yolüstü baş çəkən adama hüzur verirdi. Təmir başlayandan çeşmə ləğv olunub, ağaclar və yaşıllıq məhv edilib. Onların yerində indi lazımsız, uzun beton pilləkən qiyulub".
Digər şikayətçi Xuraman Hüseynova isə deyir ki, təmir getdikcə, məscid avropasayağı villaları xatırlatmağa başlayır :
" Tarixi binanı restavrasiya eləmək, xüsusi zövq tələb edir. Bunlar çox bayağı bir plan cızıblar. Belə davam etsə, orta əsrlərə aid bu məsciddən əsər-əlamət qalmayacaq. Məscidin köhnə pəncərələri işləmə idi və heyrətamiz gözəllik verirdi, insanın ruhunu oxşayırdı. İndi onları söküb, yerinə plastik pəncərələr qoyublar".
Ordubad şəhərinin mərkəzi meydanının ən hündür yerində tikilən məscid 17-18 əsrlərə aid edilir. Məscid, sonuncu dəfə 1903-cü ildə təmir olunub.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 2019-cu ildə məscidin yenidən bərpa olunması ilə bağlı sərəncam imzalayıb. O, bərpa layihəsinin hazırlanmasında yaxından iştirak edib.

Ordubadda Allahın Evini təmir edənlər ALLAHIN YAŞILLIĞINA QƏNİM KƏSİLİB - Bunu Allah da bəyənməz...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz