Axtarış...

Hacıqabulda Hacı İltifatın Qədir Xum restoranı yaşıllıqları məhv edir- Hacı İltifat balıq zavodunun 800 hektar ərazisini “işğal“ edib

Hacıqabulda Hacı İltifatın Qədir Xum restoranı yaşıllıqları məhv edir- Hacı İltifat balıq zavodunun 800 hektar ərazisini “işğal“ edib

Qədir Xum hara, restoran hara ?
Son 30 ildə bir çox milli-mənəvi-dini dəyərlərimiz sıradan çıxdı.
Məsələn, bir də görürsən kimsə, Nizami Gəncəvinin adına spirtli içki istehsal edir və araq butulkasının üstünə dahi Nizaminin şəkilini vurur.
Bu nadanı başa salmaq olmur ki, dahi şairimizə Şeyx Nizami deyiblər. Şeyx hara, araq hara ?
Yəni müxtəlif məhsullara, yaxud obyektlərə ad verəndə bir azca düşünmək lazımdır.
Bu girişi nə üçün yazdıq ?
Restorana “Qədir Xum”adı verən kəs görəsən, Qədir Xum-un mənasını anlayırmı ?
Bilməyənlər üçün qeyd edək ki, Qədir Xum İslam aləmində böyük bayramlardan biri hesab olunur. Bu yer Məkkə və Mədinə arasında yerləşən bir diyarın adıdır. Və məhz bu yerdə Məhəmməd peyğəmbər (s) Həzrət Əlini ümmətə rəhbər, xəlifə, canişin təyin etmişdir.
Başa düşdünmü, Hacı İltifat ?
İndi özün de, Qədir Xum-un restorana, zooparka, marketə, avtoservisə nə dəxli var, ay adam ?
Bəli, söhbət Hacıqabul rayonunda Bakı-Şirvan yolunun kənarında yerləşən Qədir Xum restoranından gedir.
Bu adi restoran deyil, ailəvi istirahət mərkəzidir, marketi var, banket zalları var, avtoservisi var, zooparkı var, əyləncə mərkəzi var və s..
Axı, əyləncə mərkəzini Həzrəti Əlinin adı ilə bağlamaq yolverilməzdir, ay Hacı ?
Məlumat üçün qeyd edək ki, bu mərkəz 2013-cü ilin iyun ayından fəaliyyət göstərir.
Bu mərkəzin fb səhifəsinə daxil olan kimi restoranın hay-küylü reklamları göz qamaşdırır.
Və diqqəti çəkən bir də o olur ki, ətrafdakı bütün yaşıllıqlar məhv edilir, ortada böyük bir restoran tikilib.
Ay Hacı, fb səhifəsindəki reklamda qeyd edirsən ki, hədəfimiz ƏCNƏBİ QONAQLARA milli mətbəximizi nümayiş etdirməkdir.
Ay Hacı, ətrafdakı yaşıllıqları məhv etmisən və hazırda ağacları qıra-qıra gedirsən. Bunumu, əcnəbilərə nümayiş etdirəcəksən ?
Restoranda araq vermisən, buna görə sağ ol, məgər ağacları kəsib-doğramaq savabdır, səncə, günah deyil ?
Həmən ağaclar dövlət vəsaiti hesabına çətnliklə salınıb-becərilib. Sən isə məhv edirsən, restoranlarını genişləndirirsən. İstirahət mərkəzin az qala respublika əhəmiyyətli yolu kəsib. Sənə kim ixtiyar verib ki, yolu kəsirsən.
Hətta ətrafdakı əraziləri qeyri-qanuni zəbt edirsən, şikayət edəndə isə Çeçenistandakı nüfuzlu dostların vasitəsilə təzyiq etdirirsən. Sən Azərbaycan dövlətinə güc göstərirsən, hacı İltifat ?
Sən hədə-qorxu gəlirsən, millətə ?
Sən rayondakı balıq zavodunun 800 hektar ərazisiniz zəbt etmisən, öz adına sənədləşdirmisən. Bu sənə azlıq edir, hələ bir dövlətin yolunu da zəbt edirsən.
Bakıda Əhmədlidəki mal-mülkün, torpaq sahələrin sənə azlıq edir ?
Hacı İltifat, müsəlmanın ən böyük döyüşü, öz NƏFSİLƏ olan döyüşdür. Bunu unutma.
Və unutma ki, Azərbaycan dövləti biraz gec olsa da hər kəsi layiq olduğu yerə yollayır.
gundelik baki.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz