Axtarış...

Cavid Qurbanov Hakberqen Tulepov olmaq İSTƏMƏDİ: AMMA... - Baş dəmiryolçunun DURUMU GƏRGİNDİR...

Cavid Qurbanov Hakberqen Tulepov olmaq İSTƏMƏDİ: AMMA... - Baş dəmiryolçunun DURUMU GƏRGİNDİR...

Məlum olduğu kimi, “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanın bir çox iri istehsalçıları üçün yükdaşıma tarifləri üzrə imtiyazların ləğvi ilə bağlı qərarına yenidən baxıb. Məlumatlı mənbələrdən yerli KİV-ə verilən məlumata görə, istehsalçılara verilən güzəştlər uzadılıb.

Qeyd edək ki, tarif imtiyazlarının ləğvi ilə bağlı qərarın Azərbaycanın bir çox iri istehsalçılarının maraqlarına zərbə vurduğu faktdır. Bu, dəmir yolu ilə yükdaşımaların qiymətinin artmasına səbəb olub. Bəzi sahibkarlar üçün bu rəqəm ton başına 200 faiz artıb. Daha sonra Azərbaycan Dəmir Yolları virtualaz.org-a şərhində qərarını qlobal enerji bazarlarında müşahidə olunan iqtisadi gərginliklə izah edib.

Əslində Cavid Qurbanovun bu qərarının ilk başdan sosial narazılığa və ƏLAVƏ BAHALAŞMAYA nədən olacağı proqnozlaşdırılmaqda idi. Amma indi isə görünəni odur ki, Cavid Qurbanov geriyə addım atmalı olub.

DİA.AZ bildirir ki, bu gün qaynamaqda olan Qazaxstan bütün dünyanın diqqət mərkəzindədir. Qardaş ölkədə hadisələrin necə cərəyan etdiyi isə hər kəsə məlumdur. Və buna görə də Qazaxstanın Janaozen qaz emalı zavodunun direktoru Hakberqen Tulepov artıq neçə gündür, hadisələrin ilk gərginləşdiyi ərəfədə həbs edilib.

Qeyd edək ki, direktor kütləvi etiraz aksiyalarından sonra saxlanılıb. Maliyyə monitorinqi Agentliyi zavod direktoruna qarşı qaz qiymətlərində “səbəbsiz qiymət artımına yol vermə ittihamı ilə təhqiqata başlayıb.

***

Azərbaycanda isə anoloji bahalaşmaya rəvac verənlərdən biri kimi isə Cavid Qurbanov diqqətə gəldi. Hər halda baş dəmiryolçunun öz qərarından vaz keçməsinə səbəb kimi Qazaxstan olaylarını nümunə götürməsini istisna etmək olmaz. Hər halda, çörəyin, kommunal xərclərin, yanacağın baha olduğu bir məqamda Azərbaycan xalqını əlavədən yükləyərək yeni problemlərə rəvac verməsi Cavid Qurbanova baha başa otura bilərdi. Bu faktdır ki, Azərbaycanda siyasi hakimiyyət öz Tulepovuna qarşı daha sərt addım atacaqdı...

***

Amma aydın oldu ki, Cavid Qurbanov geri durdu. Bu isə məsələnin mahiyyətini dəyişmir. DİA.AZ-a daxil olan məlumatlara görə, baş dəmiryolçunun belə bir təşəbbüsü yalnız ölkənin maliyyə dairələri tərəfindən dəstəklənib. Siyasi hakimiyyət isə məhz maliyyə çevrələrinin zəmanəti ilə Cavid Qurbanova "dobro" verib. İndi isə bəlli olur ki, Cavid Qurbanovu kimsə siyasi hakimiyyətin əlindən ala bilməyəcək. Həm də uğursuz vaxt seçiminə görə...

DİA.AZ-a danışan mənbələr Cavid Qurbanou yaxşı aiqbətin gözləmədiyini bəyan edirlər.

***

“Bu il həm “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün, həm də Azərbaycan Dəmir Yolları “QSC üçün vacib il olacaq".

DİA.AZ xatırladır ki, bunu bir neçə gün əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “İctimai TV”yə müsahibəsində demişdi.

Onun sözlərinə görə, bu şirkətlərdə transformasiya ofislərinin yaradılması planlaşdırılır.

Nazir bildirib ki, artıq yanvardan etibarən bu işlər planlaşdırılacaq: "Əhalini ən çox maraqlandıran suallardan biri “Azərbaycan Hava Yolları”nın, eyni zamanda “Azərbaycan Dəmir Yolları”nın effektiv işləmələridir. Qeyd edim ki, xarici məsləhətçi şirkətlər tərəfindən həmin qurumların növbəti beş il üçün strategiyaları və strategiyalarından irəli gələrək Tədbirlər Planı hazırlanıb. Transformasiya ofisinin əsas vəzifəsi bu strategiyaya uyğun olaraq fəaliyyətin təmin edilməsidir”.

Xatırladaq ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın, həmçinin, “Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının sədridir.

***

Buradan isə aydın olur ki, artıq hakimiyyətlə yanaşı, hökumətin də hənirtisi Cavid Qurbanovun kürəyindədir...

DİA.AZ
Text-to-Speech

DİNLƏ






Şərh yaz