Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Xatırladaq ki, 23 Dekabr 2021-ci il tarixində 854 yoluxma faktı və 19 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24207 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3204, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18385 nəfərdir.