Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1997 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Xatırladaq ki, 25 Noyabr 2021-ci il tarixində 1880 yoluxma faktı və 27 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
XXX
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.