Axtarış...

Pakistan XİN rəhbərindən Ceyhun Bayramovla bağlı paylaşım

Pakistan XİN rəhbərindən Ceyhun Bayramovla bağlı paylaşım

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi özünün "Twitter"dəki səhifəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü barədə paylaşım edib.

Millitv.az xəbər verir ki, Pakistanın xarici siyasət idarəsinin rəhbərinin sosial şəbəkədəki paylaşımında deyilir:

“Sizi Pakistanda salamlamaqdan məmnunam Ceyhun Bayramov. İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş 17-ci növbədənkənar iclasında uğurlu nəticələr üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana səfər edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz