Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarlarını peşə bayramı münasibətilə təbrik edib.
“Dəyərli qardaşım - Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - diplomat özünün “Twitter” səhifəsində qeyd edib.