Axtarış...

Ceyhun Bayramov Pakistana başsağlığı verdi

Ceyhun Bayramov Pakistana başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pəncab əyalətində baş vermiş qəza ilə bağlı Pakistana başsağlığı verib.

Bunu C. Bayramov öz tvitter hesabında yazıb.

“Pakistanın Pəncab əyalətində baş vermiş dəhşətli avtobus qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Allah qəza qurbanlarına rəhmət etsin, yaralılara isə tezliklə şəfa versin. Həlak olanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığımızı veririk”, - deyə nazir bildirib.

Qeyd edək ki, Pakistanın Pəncab əyalətində yük maşını ilə avtobus toqquşub, nəticədə 30 nəfər həlak olub, 40-dan çox sərnişin xəsarət alıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz