Bir müddət əvvəl Prezident İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi ki, bu ittihamların konkret proseslərlə müşaiyət olunacağı gözlənilən idi. Bu barədə DİA.AZ-a verilən informasiyalardan aydın olur ki, yaxın günlərdə iki dövlət qurumunda - "AZAL"-da və "Azərbaycan Dəmir Yolları"nda rəhbər dəyişikliyi gözlənilir.
Mənbənin dia.az-a söylədikləri:
"Həm Cavid Qurbanov və həm də Cahangir Əsgərov yola salınır. Hər ikisi ilə bağlı qəar verilib. Əslində hər iki fiqurun öz aləmlərində "mdafiə çətirləri" var. Amma vəziyyət tamamən fərqlidir və yaxın günlərdə rəsmi qərar elan olunacaq".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
DİA.AZ İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...