Axtarış...

Namiq Zeynalov Cəlilabad İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi


MilliTV.az

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

N.Zeynalov bu vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirilib, saxlanılanlar var.
Text-to-Speech

DİNLƏ






Şərh yaz